Interposta.Info

Bəzi çaylardan sel keçəcək (XƏBƏRDARLIQ)
 

Ölkə
 4-09-2024, 16:14     48 829

Sentyabrın 5-i gündüz bəzi dağlıq ərazilərdə, 6-7-də isə əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə "İnyterPosta"-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Qeyd edilib ki, çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26