Interposta.Info

Şuşa-Laçın yolunda vəhşi atlar görüntüləndi (VİDEO)

Ölkə
 24-02-2024, 10:59     31 854

Şuşa-Laçın avtomobil yolunda nadir hallarda rast gəlinən anlar qeydə alınıb. Dağlıq ərazidə aşırımlardan keçən yolda vəhşi atlar görünüb.

"İnterPosta" AzərTAC-a istinadən xəbər verir ki, qızılı rəng çalarları olan 30-dan çox vəhşi atın yürüşü ötən gün saat 21 radələrində Şuşa-Laçın avtomobil yolunun "Yeddi dolama” adlanan hissəsində qeydə alınıb. Görüntülər havanın dumanlı olması səbəbindən atlar meşəlikdən çıxaraq yolla irəliləyən zaman çəkilib.

Atların hündür boyu, bədən quruluşu, çevikliyi və yürüşü onların Qarabağ cinsindən olması ehtimalını artırır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26