İldırım vurması nəticəsində həlak olan hərbçiyə şəhid statusu veriləcək - RƏSMİ

Azərbaycan Ordusunun ildırım vurması nəticəsində vəfat edən əsgər Məmmədli Davud Fuad oğluna şəhid statusu veriləcək.
"İnterPosta" xəbər verir ki, bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.
“Qanunvericiliyə əsasən, xidmət vaxtı ildırım vurması nəticəsində vəfat edən Azərbaycan Ordusunun hərbi qulluqçusu Məmmədli Davud Fuad oğluna şəhid statusu veriləcək”, - qurumdan bildirilib.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26