Interposta.Info

MN məlumat yaydı: Kəlbəcər, Laçın və Daşkəsən istiqamətində şiddətli döyüşlər gedir

 

Ölkə / Manşet
 14-09-2022, 15:25     1 753

Ermənistan silahlı qüvvələrinin bölmələri D-30, D-20 topları və 82 millimetrlik minaatanlardan da istifadə etməklə Azərbaycan Ordusunun Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutmaqda davam edir.

Bu barədə "İnterPosta"ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bölmələrimiz tərəfindən cavab tədbirləri görülür və qarşı tərəfin atəş məntəqələri məhv edilir: "Əməliyyat şəraiti ordumuzun nəzarətindədir".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26