Interposta.Info

Təhsil Nazirliyi hüquq-mühafizə orqanlarına müraciət edəcək

Ölkə / Manşet
 27-07-2022, 12:51     301

"Müəllimlərin işə qəbulu imtahanlarında riyaziyyat fənnindən sualların başqa tərəfə verilməsi yolverilməzdir. Bununla bağlı lazımi addımların atılması üçün hüquq-mühafizə orqanlarına müraciət ediləcək”.

"İnterPosta" xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bu kimi hallar başqa ölkələrdə də baş verir: "Təhsil Nazirliyi də zərərçəkənlər sıradadır. Çünki müəllimlə aramızda məxfilik müqaviləsi imzalanır. Müəllimlər də buna əməl etməlidir”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26