Interposta.Info

Bakının mərkəzində baş vermiş güclü yanğınla bağlı RƏSMİ AÇIQLAMA – YENİLƏNİB + VİDEO

Ölkə / Manşet
 29-06-2022, 09:58     1 150

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Qış parkı”nın yaxınlığında yanğın olması barədə məlumat daxil olub.

Bu barədə FHN xəbər yayıb.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının tikinti aparılan ərazidə baş verdiyi müəyyən olunub.

İlkin məlumata əsasən, təqribən 100 m² sahədə tikinti materialları yanıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

01:27

Paytaxtın Nəsimi rayonunda baş vermiş yanğın söndürülüb.

Bu barədə hadisə yerində olan Baku TV-nin müxbiri məlumat verib.

Onun sözlərinə görə Rəsul Rza və Mirzəağa Əliyev küçələrinin kəsişməsindəki yarımtikilidə başlamış yanğın daha sonra yaxınlıqdakı dayanacağa keçib və orada olan iki avtomobil yanaraq tamamilə yararsız hala düşüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin beş yanğınsöndürmə briqadası və Təcili Tibbi Yardım komandası cəlb edilib.

Yaxınlıqda olan sakinlər təhlükəsiz əraziyə təxliyə olunublar.

Güclü küləyə baxmayaraq, yanğın qısa zamanda öncə lokallaşdırılıb, daha sonra isə tamamilə söndürülüb və ərazidə soyutma işləri aparılıb.

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

00:44

Paytaxtın Nəsimi rayonunda yanğın hadisəsi baş verib.

Belə ki, hadisə Mirzəağa Əliyev və Rəsul Rza küçələrinin kəsişməsində yerləşən yarımtikilidə qeydə alınıb.

Yanğın yarımtikilinin yanında olan dayanacaqda dayanan avtomobillərə də keçib. Nəticədə iki avtomobil tamamən yarasız vəziyyətə düşüb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26