Interposta.Info

Eldar Əzizov sakinlərin müraciəti ilə bağlı tapşırıqlar verdi (FOTO)

Ölkə
 17-06-2022, 10:53     218

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov növbəti görüşünü Xəzər rayonu Binə qəsəbəsinin sakinləri ilə keçirib.

"İnterPosta"xəbər verir ki, sakinlərin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə təşkil olunan görüşdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ilə yanaşı Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Bakı şəhərinin və Xəzər rayonunun bütün təsərrüfat və digər xidmət sahələrinin rəhbərləri iştirak edərək 3 saata yaxın ayaq üstə zala toplaşan 600 nəfərdən çox Binə sakininin müraciət və təkliflərini dinləyiblər.

Sonra Xəzər Rayon İcra Hakimiyyəti başçısının Binə qəsəbəsi üzrə nümayəndəsi Ərəstun Əlisoy qəsəbədə görülmüş işlərlə bağlı hesabat verib.

Müraciətlər əsasən fərdi yaşayış evlərinin sənədləşdirilməsi, su və kanalizasiya xətlərinin çəkilməsi, məhəllədaxili yolların təmiri və işıqlandırılması, nəqliyyat, məşğulluq, dayanacaqlarda ödəmə terminallarının quraşdırılması və s. olub.

Gürüş zamanı sakinlərin müraciət və təklifləri ilə bağlı müvafiq tapşırıqlar verilib. Bütün müraciət və təkliflər nəzarətə götürülüb.

Eldar Əzizov sakinlərin müraciəti ilə bağlı tapşırıqlar verdi (FOTO)


İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26