Interposta.Info

Səyyad Məcidovun erməni cinayətlərinin mühakiməsinə dair elektron kitab dərc olundu (FOTO)

Ölkə
 20-04-2022, 15:50     263

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının müəllimi, hüquq elmləri üzrə fəlsəfə doktoru Səyyad Məcidovun "Erməni cinayətləri beynəlxalq və milli məhkəmələr kontekstində (2020-ci il müharibəsindən sonrakı mühakimə məsələləri) adlı elektron kitab dərc edilib.

"İnterPosta" xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Avropaya İnteqrasiya Mərkəzi tərəfindən həyata keçirilən erməni cinayətlərinin beynəlxalq və milli mühakiməsilə bağlı elektron maarifləndirmə və təbliğat işlərinin aparılmasına dair layihənin icrası başa çatıb. Layihə çərçivəsində "Erməni cinayətləri beynəlxalq və milli məhkəmələr kontekstində (2020-ci il müharibəsindən sonrakı mühakimə məsələləri) adlı elektron kitab dərc edilib.

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının müəllimi, hüquq elmləri üzrə fəlsəfə doktoru Səyyad Məcidovun müəllifi oldugu elektron kitabda erməni cinayətlərinin beynəlxalq və milli məhkəmələrdə mühakimə imkanları, habelə Ermənistanın Azərbaycana qarşı silahlı təcavüz, soyqırımı, müharibə və insanlıq əleyhinə cinayətləri ilə mübarizə, hüquqi məsuliyyət məsələləri nəzəri və normativ aspektdən təhlil edilərək araşdırılıb. Həmçinin, vəsaitdə BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın diskriminasiya və etnik təmizləmə siyasəti ilə bağlı hüquqazidd hərəkətləri, ad hoc və hibrid məhkəmə təcrübəsinin erməni cinayətlərinin mühakiməsi üzrə tətbiqi və digər beynəlxalq və milli məhkəmə instansiyalarında mühakimə məsələləri də öz əksini tapıb.

Erməni cinayətlərinin beynəlxalq və milli mühakimə məsələləri ilə bağlı elektron maarifləndirməyə xidmət edən və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu kitabın elektron versiyasını http://aggression.az saytının "E-kitablar” bölməsindən əldə etmək olar.


İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26