Interposta.Info

Şəhidin xanımı: “Saçını özü kəsirdi ki, bərbərə verəcəyi pulu uşaqlara xərcləsin” (VİDEO)

Ölkə
 30-09-2021, 11:29     283

ATV-nin "Bizimləsən” proqramına qonaq olan şəhid Fariz Həsənovun həyat yoldaşı Əzizə Həsənova hər kəsi göz yaşına boğub.

"İnterPosta" xəbər verir ki, Əzizə, Farizin bərbərə getmədiyini, hətda saçını özü kəsdiyini bildirib:

"Həyat yoldaşım uşaqlar dünyaya gəldikdən sonra bərbərə getmədi, saçını özü kəsirdi. Dedi ki, ona verdiyim pulu uşaqlar üçün nəsə alarsan. Özü ac qalardı, amma uşaqlara heç vaxt korluq çəkdirməzdi. O Şəhid olduqdan sonra, saçını kəsdiyi maşınkanın üzərində saçının telləri qalmışdı. Qıymadım onu atmağa. Götürdüm, adımızın baş hərflərini yazdırdım”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26