Interposta.Info

Şuşada qəzaya düşən hərbi qulluqçumuz vəfat etdi (FOTO)

Ölkə
 17-09-2021, 15:08     279

Bir müddət əvvəl Şuşada hərbi maşının aşması nəticəsində yaralanan müddətdən artıq xidmət edən hərbi qulluqçu, Saatlının Qara Nuru kənd sakini Ülvi Xanəhməd oğlu İbrahimov vəfat edib.

"İnterPosta" xəbər verir ki, bu barədə oxu.az-a Qara Nuru kənd icra nümayəndəliyindən məlumat verilib.

Bildirilib ki, Ü. İbrahimov ötən gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

O, dünən axşam saat 22:00 radələrində Qara Nuru kənd qəbiristanlığında torpağa tapşırılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26