Interposta.Info

Ermənilərin Kəlbəcərdə dağıtdığı qəbiristanlıq (FOTOLAR)

Ölkə
 13-09-2021, 09:47     257

Ermənilər işğal zamanı Kəlbəcər rayonunun Bəzirxana kəndində insanlığa sığmayan vandalizm aktları törədib.

"İnterPosta"modern.az-a istinadən xəbər verir ki, vəhşi düşmən yaşayış evləri və digər tikililərlə yanaşı kənd qəbiristanlığını da dağıdaraq, oradakı məzarları yerlə bir edib

Qeyd edək ki, Bəzirxana Kəlbəcər rayonunun Zar inzibati ərazi vahidində daxildir. Qarabağ yaylasının ətəyində yerləşir. Azərbaycan dilinin qərb qrupu dialektlərində bəzir "kətan yağı, kotan toxumu" mənasında işlənir. Oykonim "kətan vağı və ya toxumu istehsal edilən yer" kimi izah oluna bilər. 1917-ci ildə Cavanşir qəzasında Birinci və İkinci Bəzirxana adlı iki kənd olub.

Erməni vandallarının işğal dövründə vəhşicəsinə dağıtdığı Bəzirxana qəbiristanlığından görüntüləri təqdim edirik:








İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26