Interposta.Info

Könüllülər qazilərlə görüşüb - FOTO

Ölkə
 25-08-2021, 13:42     1 305

Bu gün Könüllü Yardım Fondunun qazilər üçün təşkil etdiyi növbəti tədbiri keçirildi. Elnur Əliyevin rəhbərlik etdiyi tədbir şəhidlərimizi 1 dəqiqəlik sükut və himnimizlə başladı. Fondun Bakı üzrə icraçısı Pərviz bəy qazilərimizi təqdim edərək onlrın keçdiyi şərəfli yolu bir daha xatırlatdı. Övladları ilə birgə təşrif buyuran qazilər üçün"EL Chacho "restoranının rəhbərliyi Sabir bəyin təmənnasız, xüsusi xidməti həm uşaqlarda, həm də qazilərdə böyük məmmunluq yaratdı. Fond rəhbərinin köməkçisi Mətanət xanımın təqdimatıyla uşaqlara məktəb ləvazimatları təqdim olundu.Xatırladaq ki 74 nəfər nümayəndəsi olan Könüllü Yardım Fondunun regionlarda da nümayəndələri fəaliyyət göstərir. Tədbir nəzərdə tutulan qazilərə yardımını davam etdirir. Fondun təsisçisi və rəhbəri Elnur bəydən fond haqda bəzi məlumatları öyrənib diqqətinizə çatdırırıq.

2020 -ci ilin İyul ayı tarixindən etibarən "Milli Orduya Dəstək"- layihəsinin təsisçisi və koordinatoruyam. Bu layihənin icrasına başlandığı gündən hazırkı tarixə qədər könüllü vətəndaşların həm ianələri, həm də fiziki köməyi ilə 192 TIR yük maşını təkəri yükləyib, cəbhə bölgəsinə göndərmişik. Həmçinin, təkərdən əlavə, 10 min ədəd şpal, 20 min ədəd kisə də tərəfimizdən hərbi hissələrə göndərilib. Vətən müharibəsi başlandı və müharibə dövründə də, vətəndaşların ianə dəstəyi ilə 830 min manatlıq yardım toplanılıb, mənim koordinatorluğumla cəbhəyə yardım olaraq göndərilib. Müharibə bitdikdən sonra yenə də fəaliyyətimizi davam etdirdik. Bu dəfə şəhid və qazi ailələrinə dəstək olmaq üçün ictimai əsaslarla "Könüllü Yardım Fondu"-nu təsis etmişəm. Hazırda bu fond vasitəsi ilə yardımlar davam etdirilir. Son səkkiz ay ərzində 1000-dən çox qazi və şəhid ailəsinə birbaşa yardımlar etmişik. Könüllü Yardım Fondu bu gün də şəhid ailələri, qazilərlə əlaqələri kəsmir, daima onları diqqətdə saxlayır. Hazırda daha bir layihə həyata keçiririk. Respublika üzre İbtidai sinifdə oxuyan qazi övladlarına məktəb çantası və dərs levazimatları hediyye edirik. Qeyd edek ki, bu tədbirler sentyabrın 15-ne kimi bütün ölkə üzrə davam edəcək. 500-dən çox qazi övladını mekteb çantası və dərs ləvazimatları ile təmin edəcəyik. Həmçinin bu uşaqların təhsili daim Könüllü Yardım Fondunun nəzarətində olacaq. Təhsillə bağlı sona kimi dəstək olacayıq . sonda Elnur bəy məkanın sahibi "Elçaço" restoranına və ianə edərək fonda dəstək olan həkimlərə, iş adamlarına, dostlara təşəkk

ürünü bildirdi.

İnterPosta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26