Interposta.Info

Azərbaycanda bu şəxslərin bazarlara girişi qadağan edilir (SƏBƏB)

Ölkə
 13-08-2021, 16:10     446


Azərbaycanda vaksinasiya olunmamış vətəndaşlar bazarlara buraxılmayacaq.

"İnterPosta"nın məlumatına görə, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, prosesə növbəti həftədən start veriləcək.

Bununla bağlı artıq bazarların sahiblərinə məlumat verilib. Bundan sonra bazarlarda satıcıların vaksinasiyasına başlanılıb. Vaksin vurdurmaqdan imtina edənlərə isə artıq bazarda çalışa bilməyəcəkləri barədə xəbərdarlıq edilib.

Məlumata görə, alıcılar da bazarlarla COVİD-19 pasportu ilə buraxılacaq.

Analoji prosesin iri ticarət mərkəzlərində də həyata keçiriləcəyi gözlənilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26