Interposta.Info

ANAMA: Şuşaya atılmış raket "İskəndər-M" raketidir

Ölkə / Paradoks
 2-04-2021, 16:55     294

"Martın 15-də Agentlik tərəfindən Şuşa şəhərində aparılan təmizləmə əməliyyatı zamanı iki müxtəlif yerdən raket qalıqları aşkar olundu".

"İnterPosta" xəbərinə görə, bu sözləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Operativ Qərargahının rəisi İdris İsmayılov deyib.

O qeyd edib ki, aparılan tədqiqat zamanı raketin üzərində olan "9M723" indeks kodu yoxlanılıb:

"Bu zaman məlum olub ki, bu "İskəndər" raketinin qalıqlarıdır. Həmin qalıqlar bir-birindən 780 metr məsafədədir. Son aparılan araşdırma nəticəsində qənaətə gəlindi ki, atılmış raket "İskəndər-M" raketidir. Hazırda partlayış yerində və ətrafında ilkin tədqiqatlar keçirilməkdədir".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26