Interposta.Info

Erməni əsgərlərin müharibə etirafları...

Ölkə
 13-03-2021, 17:40     349

Jurnalsit Asif Nərimanlı erməni əsgərlərin II Qarabağ müharibəsi ilə bağlı etiraflarını paylaşıb.

"İnterPosta"həmin fikirləri təqdim edir:

Armen Mnatsakanyan: "Sanki vəba baş verdi. Döyüşməyə belə imkan tapmadıq. Cəbhəyə getdim, iki gün sonra postda oturmuşduq, konyak içirdik, birdən vıyıltı eşitdik və paart! Türkiyənin pilotsuz təyyarəsi zərbə endirdi. İki dostum parça-parça oldu, mözücə sayəsində sağ qaldım, əlim zədələndi”.

Kapitan Suren Ter-Qukasyan: "Biz axmaq idik. Biz birinci müharibədə Azərbaycanın məğlub olmasının eyforiyasında idik. Onlara lağ edirdik: "Bu azərbaycanlılar doğrudan döyüşməyi bacarır? Gözləsinlər, biz Bakıya çatacağıq".

Levon Melkonyan: "Müharibənin ilk günündən etbarən azərbaycanlılar hava üstünlüyünə nail oldular. Tanklar və zirehli texnikanın faydasız olduğu ortaya çıxdı, pilotsuz təyyarələr raket yağdırırdı. Raketlər komandirlərin iclas üçün toplandığı yerləri məhv edirdi. Sursat gətirə bilmirdilər, çünki PUA-lar yük maşınlarını axtarır, tapır və məhv edirdi”.

Araik Xaçikyan: "Dəhşətli idi. Mən səhər açılan kimi içməyə başlayırdım, əks halda dronların törətdiyi partlayışlara əsəblərim dözmürdü. Zabitlər də içirdi, hətta deyirlər ki, yüksək çinli erməni siyasətçisi generallara zəng edərək, nəyin bahasına olursa-olsun, hücum etmək əmri versə də, komandirlər rəhbərliyin əmrlərinə sadəcə tüpürür, öz bildikləri kimi edirdilər. Hər şey bir-birinə qarışmışdı”.

"Arqumenti i Faktı" qəzeti yazır ki, ermənilər illərdir Azərbaycanın müasir silahlar aldığına baxır və düşünürdülər ki, məqsəd onları qorxutmaqdır. Azərbaycanlılara gülürdülər: "Qorxaqlar, buna cəsarət edə bilməzlər”.\qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26