Interposta.Info

Xalq artistinin oğluna nazirlikdə yeni VƏZİFƏ VERİLDİ - FOTO

Ölkə
 22-09-2020, 14:03     735

Xarici İşlər Nazirliyinin (XİN) Protokol idarəsinin rəisi dəyişdirilib.

"İnterPosta" report-a istinadən xəbər verir ki, Xarici İşlər naziri Ceyhun Bayramovun əmri ilə nazirliyin Protokol idarəsinin rəisi Pərvin Mirzəzadə işdən çıxarılıb.

Nazirin digər əmri ilə Rzayev Ramil Əbil oğlu həmin idarənin rəisi vəzifəsinə təyin olunub.

R.Rzayev bu təyinata qədər Azərbaycanın Qazaxıstandakı səfirliyinin birinci katibi vəzifəsində işləyib.

Qeyd edək ki, Pərvin Mirzəzadə mərhum Xalq artisti, bəstəkar Xəyyam Mirzəzadənin oğludur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26