Interposta.Info

Azərbaycanlı məcburi köçkünlər Rəcəb Tayyib Ərdoğana MÜRACİƏT ETDİLƏR

Ölkə / Manşet
 24-08-2019, 13:34     11 462

Ədalət və İnkişaf partiyasının sədri, Türkiyə Cümhuriyyətinin prezdenti, sayın Rəcəb Tayyib Ərdoğana , Cümhuriyyət Xalq Partiyasının sədri sayın Kamal Kılıcdaroğluna, İYİ partiyanın sədri çox hörmətli xanım Meral Akşenerə , Millətçi Hərəkat Partiyasının sədri sayın Dövlət Baxçalıya , bütün Türkiyə vətəndaşlarına, Türkiyədə haqq və ədalət tərəfdarı olan hər kəsə:Azərbaycanın işğal olunmuş Qarabağ torpaqlarından, o cümlədən Laçın, Kəlbəcər, Qubadlı,Zəngilan,Cəbrayıl,Fizuli, Ağdam rayonlarından qovulmuş məcburi köçkünlər tərəfindən



MÜRACİƏT


Bildiyiniz kimi SSRİ vaxtı, 1923-cü ildə ermənilərin və havadarlarının, o cümlədən o dövrki Azərbaycanın kommunist başçılarının korafəhmliyi ucbatından gələcəkdə Azərbaycanın parçalanmasına yönələcək Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Çar Rusiyası çökəndən sonra 1918-ci ildə Güney Qafqazda müstəqil Azərbaycan, Gürcüstan respublikaları ilə yanaşı , tarixi Azərbaycan torpağı olan İrəvan xanlığı da- 9 min kv kilometr ərazi ermənilərə verilərək Ermənistan dövlətidə yaradılmışdır. Oda yaddan çıxmamalıdır ki, o dövr 1-ci Cahan savaşında dünyada Azərbaycanın yeganə dayağı olan Türkiyənin çətin durumundan istifadə edənməkrli və xain qonşular Azərbaycanı təkləyərək tarixdə heç vaxt mövcud olmayanerməni dövləti yaratmaqla yanaşı Azərbaycan Türklərinin yaşadığı qədim Azərbaycan ərazilərini- Borçalı Mahalını Gürcüstana, Dərbəndi Rusiyaya birləşdirdilər. Azərbaycanın torpaq itkisi bununlabitmədi, 1920-ci ilin 28 aprelində Sovet Rusiyasının qoşunları, 11-ci Qızıl Ordu Azərbaycanı işğal edib,Azərbayca Cümhuriyyətinin müstəqilliyinə son qoydular.Daha sonra Zəngəzur, Dərələyəz və Göyçə mahallarını da Sovet Azərbaycanından alıb Ermənistana verdilər. Beləliklə müstəqil Azərbaycan Cümhuriyyətinin 114km2 ərazindən Azərbaycana 86 km2 ərazi qaldı ki, onun da tərkibində yuxarıda qeyd olunduğu kimi gələcək bir təhlükə- Dağlıq Qarabağ Muxtar Vilayətini süni surətdə yaratdılar.
Sovet imperiyasının 70 illik tarixi boyuda ermənilər əldə etdikləri Azərbaycan torpaqları ilə kifayətlənmədilər. Bir neçə dəfə Ermənistan ərazisində qədim ata-baba torpaqlarında yaşayan AzərbaycanTürklərini müxtəlif bəhanələrlə öz yurdlarından deportasiya edərək didərgin saldılar. Bu o dövr dünyaya qapalı sovet rejimində olduğu üçün dünyanın Azərbaycan türklərinin başına gətirilən bu müsibətlərdən xəbəri olmamışdır. Təkcə 1948-ci ildə indi Ermənistan adlanan yerdən tarixən dağlıq ərazilərdə yaşayan 100 min insan Azərbaycanın tarixdə heç vaxt insan yaşamayan yarımsəhra yerlərinə köçürülmüşlər. Köçən insanlarınyarısından çoxu bu iqlimə dözməyərək müxtəlif xəstəliklərdən, malariya, yatalaq və s. məhv olmuşdular.
1940-cı illərin sonunda, bir dəfə, 1960-ci illərin əvvəllərində bir dəfə ermənilər Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə dair məsələ qaldırmışdılar. Lakin bu dəfələrdə artıq Sovet Azərbaycanı rəhbərlərinin təpkisi ilə qarşılaşmış, istəklərinə nail ola bilməmişlər. 1960-cı illərin ikinci yarısında murdar erməni millətçiliyi və separatçılığı birdə baş qaldırmış, Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi Stepanakertdə sonralar məhkəmə yolu ilə yalanlanan bəhanələrlə bir neçə nəfər Azərbaycanlın türkünü küçənin ortasında diri-diri yandırmışdılar. Məlum olmuşdur ki bu vəhşiliyin başında DQMV-nin o vaxtkı rəhbərlərinin uşaqları dayanmışdılar. Elə həmin vaxt DQMV-nin o vaxtkı başçısının , prokurorunun və digər rəhbər işçilərinin ovladlarının rəhbərliyi ilə DQMV-nin Ermənistana birləştiriləmsi üçün hərəkat başlayıb. Sonradan Azərbaycan Sovet Respublikasının o vaxtkı rəhbərlərinin qətiyyətli mövqeləri nəticəsində bu hərəkatın qarşısı alınmış və həmin adamlar həbs olunmuşdular. Lakin həmin dövrdə SSRİ o qədər qapalı və sərt bir rejim idiki bu hadisələrə qonşu rayonlarda belə çox adam xəbər tuta bilmirdi.
Nəhayət Ermənilərin əlinə yenə tarixi fürsət düşdü. 1985-ci ildə SSRİ-də başlayan Yenidənqurma siyasətinin yaratdığı imkandan yenə havadarlarının köməyi ilə Dağlıq Qarabağın Azərbaycandan qoparıb Ermənistana birləşdirmək eşqinə düşdülər.
Əvvəlcə Ermənistanda Azərbaycan Türklərinin növbəti etnik təmizlənməsinə başlandı. Ermənistanda qalan 200 min Azərbaycan Türkü 1988-1990-cı illərdə son nəfərinədək zorla, silah gücünə doğma yurdundan çıxarıldı. Sonra Dağlıq Qarabağ Muxtar Vilayətinə gah müstəqillik tələb etməyə başladılar, gah da bu vilayətin Ermənistan SSR-ə birləşdirilməsini tələb etdilər. Onlar sovet dövründə DQMV-də yerləşdirilmiş ordu hissəsinin havadarlığı ilə silahlı hücumlar təşkil etdilər, etnik zəmində qan tökdülər. Həmin ordu hissəsinin havadarlığı ilə 1992-ci ilin 26 fevralında keçmiş DQMV-nin tərkibində olmuş Xocalı şəhərində insanlığa qarşı dəhşətli cinayət – soyqırımı törədildi. Bundan bir qədər əvvəl isə keçmiş vilayətin Xocavənd rayonunda Qaradağlı, Meşəli faciəsi törədilmişdi.
1992-ci il may ayının 8-dən 9-na keçən gecə Şuşa şəhəri işğal edildi. Beləliklə, işğalçılar keçmiş DQMV ərazisində etnik təmizləmə siyasətini faktiki başa çatdırdılar: azərbaycanlılardan qırdıqlarını qırdılar, sağ qalanlar isə məcburi köçkün düşdü.
Lakin işğalçılar bununla da kifayətlənməyib keçmiş DQMV-nin Ermənistana birləşdirilməsində ən böyük maneə hesab etdikləri DQMV-nə daxil olomayan Laçın rayonunu 1992-ci ilin may ayının 18-də zəbt etdilər. Ermənistan və havadarları beynalxalq birliyin Azərbaycana qarşı olan bu haqsız təcavüzə olan biganəliyin, susqunluğun, Azərbaycanın təklənməsini görüb dahada azğınlaşdılar. Daha hiyləgər siyasət yeridib Azərbaycandakı agentura şəbəkəsinin əli ilə ölkədə qarışıqlıq yaradıb bulanıq suda balıq tutmaq siyasəti yeritdilər. Əvvəl təkcə DQMV-ə iddialı olan ermənilər öz mövqelərini möhkəmlədərək DQMV-inə daxil olmayan daha 6 rayonu qısa müddətdə işğal edib yerli türkləri öz doğma yurdlarından didərgin saldılar. Hansıki həmin ərazilərdə əvvəllər bir nəfərdə belə erməni yaşamayıb.
Artıq DQMV-nin Şuşada daxil olmaqla özünün və Laçının işğalı 27 il, Ağdam, Kəlbəcər,Qubadlı Zəngilan, Fizuli və Cəbrayıl rayonlarının işğalı 26 ildən çoxdur. Ətraf rayonların işğal olunmuş ərazisi (8 min kvadrat kilometr), DQMV-nin(4 min kvadrat km) ərazisindən iki dəfədən çoxdur. Bu bölgələrdən qovulmuş Azərbaycanlıların sayı bir milyona yaxındır
İşğalçı Ermənistan dövləti öz himayədarlarına arxalanaraq beynəlxalq təşkilatların ara-sıra səsləndirdikləri, işğal edilmiş ərazilərin azad olunmasına dair çağrışlara məhəl qoymur. 1990-cı ildə Küveyt İraq tərəfindən işğal olundu, ancaq 7 ay müddətində başda ABŞ olmaqla dünya birliyi tərəfindən işğaladan tamamilə azad edildi, əhalisi yerinə qaytarıldı. Dünya birliyi bosniyalıları, xorvatları serb təcavüzündən qurtardı, vətənlərinə sahib etdi. Liviyada Qəddafi rejiminə qarşı qəbul edilən BMT qətnaməsi bir neçə saat müddətində icra olundu. Ancaq Dağlıq Qarabağ və onun ətrafındakı rayonlardan 7-si işğal altındadır. BMT-nin 1993-ci ildə qəbul etdiyi, Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələri indiyədək icra olunmayıb. İşğalçılara qarşı bu hörmətin, öz doğma torpaqlarından zorla qovulmuş biz azərbaycanlılara qarşı isə bu etinatsızlığın səbəbi nədir?
Artıq 27 ildir “məsələ bu gün həll olunar, sabah həll olunar” ümidi ilə aldana-aldana yaşamaqdaydıq. ATƏT-in Minsk qrubunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar aparılır deyə -deyə başımızın altına yastıq qoyularaq bizi indiyə qədər aldadıb yuxuya verirlərmiş. 1994-cü ilin may ayından Azərbaycanı atəşkəsə imza atdırıblar ki, məsələ sülh yolu ilə danışıqlar vasitəsi ilə həll olunacaq . Bəs necə həll olunacaqki işğal olunmuş Laçın, Kəlbəcər, Qubadlı, Cəbrayıl və sair rayonlarda müxtəlif yerlərdən, o cümlədən suriyadan gətirilmiş erməni ailələri sürətlə məskunlaşdırılır. Geniş tikinti – abadlıq işləri görülür, işğal olunmuş həmin bölgələrdə ermənilərin işləməsi və istirahəti üçün yeni – yeni müəssələr alıçılıb nümayış olunur , infrastruktur lahiyələri həyata keçirilir. Atəşkəs dövründə 5 mindən çox azərbaycan hərbiçisi erməni atəşinə tuş gəlib şəhid olub. Bu necə atəşkəs, necə sülh danışıqlarıdır. Bu 25 ildə xalqa danışıqların gedişi haqqında açıqlama verilməyib. Əksinə bu illərdə Qarabağı işğal etmiş silahlıların başında duran , bütün başımıza gətirilənlərin hərbi liderləri Ermənistanın keçmiş prezdentləri Robert Koçaryan, Serj Sarkisyan öz hakimiyyətləri dövründə bu separatizmin, Azərbaycan türklərinin qətliamlarının, türk cocuqlarının , ana və qocalarının qəddarlıqla qətlə yetirilməsinin ideloqu və ilhamvericisi , üzdəniraq yazıçı Zori Balayanı və digər qətliam iştirakçısı olan quldurlarıda hər il Şuşanın işğal günü özləri ilə götürüb Şuşada qələbə bayramları keçirib xalqımıza, yerindən yurdundan qovulmuş qarabağlılara göz dağı verirlər. Bu ənənəni guya demokratik yolla hakimiyyətə gəlmiş hazırkı Baş nazir davam etdirərək bu ildə Şuşada işğal günü təşkil edilən bayrama ,həmin mənfur Zori balayanı və Serj Sarkisyanıda özü ilə gətirərək birazda qabağa gedərək dünyanın gözü qarşısında işğal etdikləri ərazilərdə yerləşdirilən və orada doğulub böyüyən erməni gəncləri ilə Azərbaycanın yallı rəqsini oynadı. Nəyayət bu yaxınlarda Ermənistan Baş Naziri Nikol Paşinyan Qarabağa, Stepanakertə (əsl adı Xankəndi olub) Ümumerməni idman oyunları adı altında keçirilən bir “oyunun” açılışına gələrək təşkil etdikləri 50 minlik mitinq qarşısında dünyaya bəyan edirki Qarabağ artıq ermənistandır “vsyo”. Yəni bu məsələyə nöqtə qoydum. Aradan 10 gün keçmir Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakyan İrevanda Okianın o tayından gəlmiş Uruqvaylı həmkarı ilə rəsmi görüşdə dünyaya bəyan edirki, Nokol Paşinyanın Qarabağ ermənistandır fikrinə heç bir əlavə və düzəliş yoxdur. Rusiya prezdenti Vladimir Putinin Krıma səfərini kəskin pisləyən qərb liderləri, Nikol Paşinyanın ərazi bütovlüyünü rəsmi olaraq tanıdıqları Azərbaycan torpağına qanunsuz səfərlərinə bir dəfə etiraz etmir və üstəlik işğal etdikləri bu torpaqların Ermənistana aid olduğunu deməsinə bir söz belə demirlər.
Dağlıq Qarabağda olan nəzarətsizlikdən tək erməni terrorçuları deyil, həm də PKK terrorçuları yararlanmaqdadırlar. Hazırda bu ərazilərdə PKK terrorçularının hazırlandığı təlim bazaları mövcuddur. Eyni zamanda, Suriyadan da yeni-yeni terrorçu qruplar məskunlaşma adı ilə Qarabağda və ətraf rayonlarda yerləşdirilməkdədir.
Əziz qardaşlarımız! Azərbaycan dövləti, Azərbaycan xalqı təklənmiş kimi görünür. Ermənilər artıq İşğal etdikləri Dağlıq Qarabağ Muxtar Vilayətini və ətraf 7 rayonu de fakto olduğu kimi, de-yuridə rəsmiləşdirmək fikirindədirlər. Çox qəribədir ki, Azərbaycan rəhbərliyidə Ermənistanın Baş nazirinin və Xarici işlər nazirinin qudurğan bəyanatlarına bir tutarlı cavab verə bilməyib. Odur ki biz yerindən yurdundan qovulmuş əhali olaraq təlaş içindəyik. 26-27 ildir bizi aldadıblar. Biz bir milyona yaxınıq. Bizə yiyə durub elə özümüzdən ordu yaradıb torpaqlarımızı azd edən bir qardaşa - sizə , böyük Türküyəyə ehtiyacımız var.
Tək istəyimiz var. Necə ki,1918-ci ildə Nuru paşanın rəhbərliyilə Türk qoşunu Azərbaycana qardaş köməyinə gəldi, necə ki, Kazım Qarabəkir paşa Naxçıvanı öz Vətəni kimi xilas etdi, siz də öz qardaşlıq köməyinizi bizdən əsirgəməyin! Bu çətin anda gəlməsəniz, sabah ola bilsin gec olacaq !
23.08.2019

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26