Interposta.Info

Şəmkirdə güllələnən "nadzor" sabiq məmurun qohumu imiş

Ölkə
 6-05-2019, 12:53     10 326

Xəbər verildiyi kimi, Şəmkir rayonunun Bayramlı kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədli Kəramət Şükür oğlu yaşadığı evdə alın nahiyəsindən odlu silahla açılan atəş nəticəsində qətlə yetirilib.

İnterPosta.info Posta.az-a istinadən xəbər verir ki, Gəncə şəhərində yerləşən 2 saylı istintaq təcridxanasında nəzarətçi işləyən K.Məmmədli Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Aparatının Hüquq şöbəsinin müdiri Sani Nəsibovun bacısı oğludur.

Xatırladaq ki, sabiq məmur 27 dekabr 2018-ci ildə BŞİH başçısı Eldar Əzizovun əmri ilə işdən azad olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26