Türkiyədə azərbaycanlılara qadağa qoyan Qabil Həsənov kimdir?
Azərbaycanlı milyarder Qabil Həsənov Türkiyədəki otellərinə azərbaycanlı müştərilərin qəbul edilməsinə qadağa qoyub.
"XeberBiz" axar.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. İddia edilir ki, Q.Həsənovun otellərində bütün millətlərə, o cümlədən erməni əsilli turistlərə xidmət edilsə də, yalnız azərbaycanlıları qəbul etmirlər.
Bu vaxta qədər Azərbaycanda adı o qədər də bəlli olmayan Qabil Həsənov kimdir?
Əldə etdiyimiz məlumata görə, Q.Həsənov əsasən Rusiyada böyük biznesə sahib olub. Daha sonra isə Avropa ölkələrində də müəyyən fəaliyyət göstərib. Son illər, xüsusilə Rusiyaya tətbiq edilən sanksiyalardan sonra Rusiyadakı əmlakını sataraq, biznesini Türkiyəyə köçürüb.
Türkiyədə "Tez Tour” şirkətinə məxsus "Alva Donna Beach Resort Comfort” otelini alıb. O, həmçinin Antalyanın Belek rayonunda da "Alva Donna” adında beşulduzlu otelə sahibdir.
"Tez Tour” Türkiyənin ən məşhur şirkətlərindən biri sayılır. 1994-cü ildə iki rus və bir türk iş adamı – Ləvənt Aydın, Aleksandr Burtin və Aleksandr Sinigibiskiy tərəfindən qurulub. Qısa müddətdə məşhurlaşıb, 28 ölkədə fəaliyyətini qurub: ümumilikdə beşulduz olmaqla 1272 otelə sahib, 99 turist agentliyi ilə dünyanın ilk 500 şirkəti sırasında 113-cü yerə qalxıb.
Ancaq 2012-ci ildə aralarında yaranan anlaşılmazlıq səbəbindən Ləvənt Aydın şirkətdən ayrılıb. Bundan sonra "Tez Tour”un çöküşü başlayıb. 2015-ci ilə qədər şirkət müflisləşmənin bir addımlığına qədər gəlib və dövlətə 322 milyon borclanır. Şirkətin illik gəliri yüksək olsa da, illərdir vergi borclarını ödəyə bilməyib.
Nəticədə məhkəmə çəkişməsi başlayıb və məhkəmənin şirkətin əmlakına əl qoyub, şirkətə rəhbərlik isə dövlət nümayəndəsinə keçib.
2015-ci ildə şirkətin səhmlərinin bir hissəsi satılıb. Ancaq indiyə qədər şirkətin səhmlərini alan şəxsin adı gizli saxlanılır.
***
Axar.az-ın sorğusuna cavab olaraq şirkətdən bildirilib ki, onlar otelə birbaşa turist qəbul etmirlər, bütün sifarişlər "ETS Tur” tərəfindən verilir.
"ETS Tur” 1991-ci ildə Məhmət və Murad Ərsoy tərəfindən qurulub, Türkiyənin 48 şəhərində 130-dan çox agentliyi olan böyük, ölkədə özəl gəmiyə sahib yeganə şirkətdir.
"ETS Tur"a sorğu göndərilib...
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26