Interposta.Info

Dünyanın ən bahalı evlilik təklifləri -

Ölkə
 14-02-2017, 15:39     885

Dünyanın ən bahalı evlilik təklifləri -

Bu gün Beynəlxalq Sevgililər günüdür. Hər ilin 14 fevral tarixində əsasən gül və suvenir, müxtəlif yumşaq oyuncaq satışı ilə məşğul olan obyektlərdə xüsusi canlanma müşahidə olunur. Satışla məşğul olan şəxslər xeyli gəlir götürür.

Son illər isə bəzi şirkətlər yaranıb ki, onlar Sevgililər günüylə bağlı xüsusi planlaşdırma həyata keçirir və müəyyən məvacib qarşılığında cütlüklərin romantik bir gün yaşamasına şərait yaradır.


Evlilik təklifləri və mərasimləri üçün də bu xidmətlər keçərlidir. Lakin şirkətlər evlilik üçün olan müraciətlərdən daha çox gəlir əldə etdiklərini açıqlayıblar.

Maraqlıdır, dünyada evlilik təklifləri mərasimlərinə nə qədər pul xərclənir?

BakiPost.az-ın apardığı kiçik araşdırma nəticəsində məlum olub ki, ölkələrdən asılı olaraq bu mərasimlərə milyardlarla ölçülən külli miqdarda vəsaitlər sərf olunur.

Məsələn, ABŞ-da keçən il evlilik mərasimləri sektoruna 72 milyard dollar xərc çəkilib, evlilik planlama şirkətləri isə bundan 1,2 milyard dollar gəlir götürüb.
Los Ancelesdə 2010-cu ildə "The HeartBandits” adlı şirkət qurulub. Sahibi Mişel Velazkez bu günə qədər evlilik təklifi planları üçün 2000 müraciət aldıqlarını deyib. O, bu sahənin sürətlə inkişaf etdiyini və müştərilərin çoxunun kişi olduğu bildirib.

Sahibkar nümunə olaraq evlilik təklifi üçün külli miqdarda pul xərcləyən müştərisini göstərib. Belə ki, evlilik təklifi üçün 52 000$ xərcləyən bir müştəri Nyu Yorkda bir həyət icarəyə götürərək, hovuzun döşəməsinə sevgilisinin və öz adının baş hərflərini yazdırıb. 3 metrə yaxın orxideya buketi hazırlatdırıb, 1 cüt bahalı ayaqqabı hədiyyə edib və orkestrin müşayiəti ilə dostlarına qonaqlıq verib.
Dünyanın ən bahalı evlilik təklifləri -


2014-cü ildə Londanda qurulan "The Romance” adlı şirkət də bu günə qədər 2000 müştəriyə xidmət edib. Şirkətin qurucularından olan Tiffani Vrayt müştərilərinin əsasən romatik fikirli, amma bunu təşkil etməyə vaxtı olmayan zənginlərin olduğunu deyir. Məlumata görə, ən aşağı büdcəli evlilik təklifi 1250$-dan başlayır. Müştərilərdən biri isə 700 müğənni və bəzi məşhurların da olduğu mərasim üçün 625 000$ ödəyib.

Vrayt sosial medianın evlilik təklifində rəqabətlilik yaratdığını bildirib.

Daha bir maraqlı evlilik təklifi isə ötən il İngiltərənin Kent bölgəsində olub. Belə ki, dizayner və rəqəmsal marketoloq Entoni Vilyams sevgilisi Dembiyə maraqlı evlilik təklif edib. Londonun məşhur "Covent garden” səmtində, otelin restoranında yemək yedikdən sonra otel işçiləri onları özəl film salonunda film izləməyə dəvət ediblər. Ekranda görünən 48 yaşlı Entoni Dembini sevməsinin səbəbləri barədə danışıb. Sonra musiqiçilər və müğənnilər salona daxil olub. Bu xidmət üçün isə 6200$ ödənib.
Dünyanın ən bahalı evlilik təklifləri -


Parisdəki "ApoteoSurprise” adlı şirkətdə təklif hazırlıqları ilə yanaşı müştərilərə 30 fərqli ssenari seçimi təqdim olunur və bunların ən ucuzu 300$-dan başlayır.

Parisi Rolls Roys ilə gəzib Siena çayı sahilində bir malikanənin terrasında şam etmək və sonra təyyarələrin səmada çəkdiyi ürəyi seyr etmək mərasimi isə 21 000$-a başa gəlir.
Dünyanın ən bahalı evlilik təklifləri -


Ən çox diqqət çəkən təkliflərdən biri də 2100 dollara başa gələn, atlara bağlanmış Sindirella arabası ilə Paris turu, şokoladdan hazırlanmış ayaqqabı və Siena çayında qayıq gəzintisi olub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26