Müxtəlif - GoldMedia.Az - Azərbaycanın xəbər saytı son xəbərlər

Onlayn alış-veriş edənlər üçün vacib yenilik: Məhsul sifariş edənləri nə gözləyir?
Xaricdən məhsul sifariş edənlər üçün qaydalar dəyişib.

Gömrük bəyannamələri artıq yeni qaydada bəyan ediləcək. Bundan sonra fərdi identifikasiya nömrəsi ilə sistemə daxil olaraq "Elektron Ticarət Bəyannaməsi" xidmətindən istifadə etmək mümkün olmayacaq.

Goldmedia.az "Xəzər" TV-yə istinadən xəbər verir ki, iqtisadçı ekspert Kənan Quluzadənin sözlərinə görə, "Smart Customs" sisteminə giriş artıq FİN kod və parol vasitəsilə deyil, "ASAN İmza" və "SİMA" üzərindən həyata keçiriləcək.

Ekspert bildirib ki, qaydalardakı bu dəyişiklik xaricdən məhsul sifariş edənlərin işini müəyyən qədər çətinləşdirə bilər.

Elektron ticarət üzrə mütəxəssis Nicat Manafov isə qeyd edib ki, əvvəllər başqa şəxslərin adına açılmış profillərin şifrə və parollarından istifadə etməklə onların adından məhsul sifariş etmək mümkün idi. Lakin yeni qaydalara əsasən, bu artıq mümkün olmayacaq.

Ekspertin sözlərinə görə, yeni sistem, xüsusilə, yaşlı nəsil üçün bəyannamə prosesində müəyyən çətinliklər yarada bilər. Bununla belə, zaman keçdikcə istifadəçilərin yeni qaydalara uyğunlaşacağı gözlənilir.

Goldmedia.az

45 yaşdan sonra arıqlamaq niyə çətinləşir?
45 yaşdan sonra qadınların bədənində baş verən hormonal dəyişikliklər səbəbindən artıq çəki problemi daha çox müşahidə olunur. Mütəxəssislər bildirirlər ki, bu yaş dövründə bədənin dəyişməsi təbii prosesdir və əsas səbəb metabolizmin kəskin zəifləməsi deyil, hormonal balansın dəyişməsidir.

Qaynarinfo "stroynee.com"a istinadən xəbər verir ki, araşdırmalara görə, 40–45 yaşdan sonra qadın orqanizmində estrogen, progesteron, testosteron, kortizol, insulin və aclıq hormonları (qrelin və leptin) kimi hormonlarda dəyişikliklər baş verir. Bu isə iştahanın artmasına və yağların daha çox yığılmasına səbəb olur.

Həkimlər qeyd edirlər ki, bu dövrdə qadınlar perimenopauza və menopauza mərhələsinə daxil olur və bu da çəki artımını sürətləndirə bilər. Eyni zamanda yaşla birlikdə bazal metabolizm bir qədər azalır və artıq kalori asanlıqla yağ kimi yığılır.

Qidalanma və gündəlik rejim

Mütəxəssislərin tövsiyəsinə əsasən, 40 yaşdan sonra qadınların gündəlik kalori qəbulu orta hesabla 1800, 45 yaşdan sonra isə 1600 kilokaloridən artıq olmamalıdır.

Qidalanmada duzun azaldılması (gündə 5 qramdan çox olmamaq şərti ilə), şəkərli içkilər və şirniyyatların məhdudlaşdırılması, həmçinin kolbasa və yağlı qidaların rasiondan çıxarılması tövsiyə edilir.

Bununla yanaşı, rasiona liflə zəngin tam taxıllar, tərəvəzlər, xüsusilə yaşıl yarpaqlı bitkilər, az yağlı süd məhsulları, meyvə və giləmeyvələr, eləcə də yağsız ət və balıq məhsulları daxil edilməlidir. Bu qidalar orqanizmin vitamin və mineral balansını qorumağa kömək edir.

Həkimlər həmçinin gündə azı 1,5 litr su içməyi və həftədə 1–2 dəfə yüngül "yüklənmə günləri” tətbiq etməyi məsləhət görürlər.

Sərt pəhrizlər təhlükəli ola bilər

Mütəxəssislər xəbərdarlıq edirlər ki, 45 yaşdan sonra ciddi pəhrizlər və aclıq rejimi sağlamlıq üçün risk yarada bilər. Bu dövrdə orqanizmdə kalsium və zülal çatışmazlığı osteoporoz və anemiya kimi problemlərə səbəb ola bilər.

Sağlam şəkildə arıqlama prosesi ayda 4 kiloqramdan çox olmamalıdır.

Dərman və tibbi yanaşma

Bəzi hallarda həkimlər iştahanın azaldılması üçün preparatların istifadəsini nəzərdən keçirə bilərlər. Məsələn, semaqlutid adlı preparat beyində toxluq hissini artıraraq iştahanı azaldır və qidalanma vərdişlərinin dəyişməsinə kömək edir. Lakin bu cür dərmanların istifadəsi yalnız həkim nəzarəti ilə mümkündür.

Digər vacib amillər

Mütəxəssislər bildirirlər ki, kifayət qədər yuxu, fiziki aktivlik və stressin idarə olunması arıqlama prosesində mühüm rol oynayır. Yuxusuzluq aclıq hormonlarını artırır, stress isə kortizol səviyyəsini yüksəldərək iştahanı gücləndirir.

Eyni zamanda 40 yaşdan sonra əzələ kütləsinin azalması səbəbindən müntəzəm idman və aktiv həyat tərzi çəkinin nəzarətdə saxlanmasına kömək edir.

Həkimlər nəticə olaraq bildirirlər ki, 45 yaşdan sonra sağlam həyat tərzinə keçid çətin olsa da, düzgün qidalanma, fiziki aktivlik və emosional balansla artıq çəkiyə nəzarət etmək mümkündür.

Goldmedia.az