Interposta.Info

II Yekaterina – Rusiya İmperiyasının “Qızıl Əsri”

Müxtəlif
 24-03-2017, 13:25     1 458

XenerBiz.az/ İngiltərənin “Qızıl Əsri” dedikdə “Bakirə Kraliça” I Yelizavetanı (1558-1603), Osmanlı İmperiyası haqqında danışdıqda “Möhtəşəm” Sultan I Süleymanı (1520-1566), Rusiya Dövləti barədə söz açdıqda isə II Yekaterinanı “Böyük Yekaterina” (1762-1796) nəzərdə tuturuq.
Böyük Pyotrun vəsiyyətlərini və mədəniyyət və ədəbiyyatın çiçəklənmə dövrünü unutmayaraq, II Yekaterina nəinki Rus Dövlətini mədəniyyət, maarifçilik və iqtisadiyyat sahəsində, həmçinin dövlətin daxili və xarici siyasətini möhkəmləndirdi və ölkə ərazisini genişləndirdi.
Yekaterina öz qarşısına məqsəd qoymuşdu:
1) İdarə etdiyin milləti maarifləndirmək lazımdır
2) Dövlətdə düzgün qayda yaratmaq lazımdır
3) Cəmiyyəti dəstəkləmək və onu qanunlara riayət etməyə məcbur etmək
4) Dövlətdə yaxşı və dəqiq polisi qurmaq lazımdır
5) Dövləti öz daxilində zəhmli etmək, qonsulara hörmət etmək lazımdır. Qarşıya qoyulmuş vəzifələrə uyğun olaraq imperatriçə fəal islahatlar həyata keçirirdi.
Elm, mədəniyyət və təhsil sahəsində islahatlar çoxsaylı jurnalların buraxılması, Ermitajın, açıq teatrların açılması, rus operasının yaradılması, rəssamlığın çiçəklənməsi oldu. 1755-ci ildə Moskva Universiteti açıldı (M.V.Lomonosovun və qraf İ.İ.Şuvalovun təşəbbüsü ilə), eləcə də Rəssamlıq Akademiyası öz işinə başladı. II Yekaterina, satirik-yazıçı D.İ.Fonizin, dahi rus şairi Q. Derjavin, rus tarixçisi və tarixşünası, həmçinin “Rus Dövləti Tarixi”nin yaradıcısı N.Karamzin, yazıçı, filosof və şair A.Radişev, dahi rus skripkaçısı və bəstəkarı, rus skripka mədəniyyətinin banısı İvan Xandoşkin, rus milli operasının təsisçilərindən biri Vasiliy Paşkeviç, rəssam Vasiliy Bobrovskiy kimi maarifçiləri himayə edirdi.
Təhsil sahəsindəki islahatlar nəticəsində orta təhsil sistemi (1768-ci ildə vahid dövlət proqramı ilə fəaliyyət göstərən sinif – dərs sisteminin qüvvəyə minməsi) yaradıldı. Qapalı peşə məktəbləri, tərbiyə evləri yaradıldı, Rusiyada ilk dəfə Nəcib Qizlar İnstitutu (1764-cü il), Sankt-Peterburq və Moskvada yetim uşaqlar üçün xüsusi təhsil müəssisələri açıldı. Həmçinin zadəgan və vətandaşlar üçün institutlar yaradıldı. 1783-cü ildə dövlətin həyatında əhəmiyyətli rol oynayan elmlər akademiyası idarəsi, rəsədxana, nəbatət bağı, arxiv, Azad İqtisadi Cəmiyyət yaradıldı.
1767-ci ildə Yekaterina komissiya təşkil etdi. Bu komissiyanın tərkibinə cəmiyyətin bütün təbəqələrindən olan nümayəndələr, o cümlədən kəndlilər (təhkimlilər istisna olmaqla) daxil edildi. Bu komissiyanın məqsədi yeni qanunlar külliyatının hazırlanması idi. İşi komissiyaya göndərmək üçün Yekaterina təlimat yazdı, bu təlimatın mətni maarifçi müəlliflərin əsərlərinə əsaslanırdı. Sənəd onun hökmranlığının liberal proqramı idi. Rus-Türk müharibəsindən (1768-1774) və Yemelyan Puqaçovun üsyanından sonra daha fəal islahatlara başlanıldı. 1775-ci ildə istənilən sənaye müəssisəsinin açılmasına icazə verən manifest hazırlandı (bu da həmçinin iqtisadiyyatın inkişafına müsbət təsir göstərdi). Eyni zamanda quberniya islahatı keçirildi. Yeni inzibati-ərazi bölgüsü tətbiq edildi və bu 1917-ci ilə qədər qüvvədə qaldı. 1785-ci ildə Yekaterina zadəganlıq və şəhərlər üçün təltifnamələr verdi. Onun hakimiyyəti dövründə senatın effektivliyi artdı (1763-cü il islahatı). Kilsənin dövlətdən asılı olması və eyni zaman islahatları dəstəkləyən zadəganlara əlavə torpaqlar vermək üçün kilsə torpaqlarının müsadirəsini həyata keçirdi (1754-cü il).
II Yekaterinə səhiyyəni də unutmurdu. Hər bir şəhər xəstəxanaya və hospitala malik olmalı idi. Müalicəsi olmayan xəstələr üçün evlər təşkil olunurdu. Tibbin inkişafı naminə və tabeçiliyində olanlara nümunə olmaq üçün Yekaterina çiçəkdən özünə və oğluna sınaq peyvəndi etdirdi.
İqtisadiyyat inkişaf etməyə başladı. Daxili gömrük rüsumları ləğv edildi ki, bu da ümumrusiya bazarının inkişafına səbəb oldu, yarmarkaların sayı artdı, yenidən istehsal sahələri və emalatxanalar açılmağa başlandı. İxrac idxalı üstələməyə başladı. Rusiyadan metal, kətan parça, yelkən parçası, meşə ağacı, çörək ixrac edilirdi. Duz ticarətində inhisarçılığa yol verməmək üçün dövlət tərəfindən duzun qiymətinin tənzimlənməsi böyük əhəmiyyət daşıyırdı. II Yekaterina rəqabətin güclənməsini və məhsulun keyfiyyətinin yaxşılaşdırılmasını hədəfləyirdi. Yeni xarici ticarət məntəqələri – Sankt-Peterburq və Odessa yarandı. Rus ticarət gəmiləri rahat şəkildə Avropa limanlarına üzürdülər. İlk banklar yaradıldı, 1754-cü ildə Zadəgan və Kommersiya bankları öz fəaliyyətlərinə başladılar. II Yekaterinanın dövründə birinci kağız əskinaslar dövriyyəyə buraxıldı (1769-cu il pul islahatı). İqtisadi siyasətin nəticəsi kimi müxtəlif tipli istehsal sahələrinin yaradılması, ümumrusiya bazarının inkişafı, muzdlu işçi qüvvəsindən istifadə və ixracın artımı Rusiyada kapitalizmin inkişafı üçün zəmin yaradırdı.
Böyük Pyotrun vəsiyyətlərini nəzərə alaraq II Yekaterina dövlətin xarici siyasətini gücləndirməyə davam etdi. Onun imperatriçə əzəməti ətrafına o dövrün görkəmli dövlət xadimlərini: A.R.Vorontsov, P.A.Rumyantsev, A.Q.Orlov, Q.A.Potemkin, A.V.Suvorov, F.F.Uşakovu birləşdirdi. Xarici siyasətin nəticəsi Rusiyanın maraqlarının güclənməsi və Avropada möhkəmlənmə, Baltikyanı bölgədə mövqelərin güclənməsi, Krımın və Gürcüstanın birləşdirilməsi, Reç-Pospolitanın 3 yerə bölünməsi (Polşanın bölünməsindən sonra Rusiyaya belorus, ukrayna torpaqlarının bir hissəsi, Latviya, Volın, Kurlyandiya keçdi) oldu.
II Yekaterinanın hakimiyyəti dövründə əhalinin sayı əhəmiyyətli dərəcədə artdı, yüzlərlə şəhər inşa edildi, xəzinə 4 dəfə artırıldı, sənaye, kənd təsərrüfatı, mədəniyyət, təhsil, iqtisadiyyat, səhiyyə inkişaf etdi, dövlətin ərazisi genişləndirildi.
Böyük Yekaterina haqlı olaraq Böyük Pyotrun varisi hesab olunur. İmperatriçə-maarifçi 34 il hakimiyyətdə qaldı və gələcək dövrlərdə onun hakimiyyət illəri “Yekaterinanın Qızıl Dövrü” kimi adlandırıldı.
Tamerlan Ələkbərov - İldırım

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26