Interposta.Info

26 il qazsız, işıqsız, susuz evdən bayıra çıxmayan qadının dəhşətli həyatı

Ölkə
 3-07-2020, 11:13     693

Keçən həftə Rusiyanın Nijni Novqorod bölgəsindəki kəndlərdən birində anasının xəstəxanaya yerləşdirilməsindən sonra özünü təqdim edən qadının həyatı böyük səs-səda doğurub.

Qaynarinfo xəbər verir ki, daha sonra ictimaiyyət bu qadının 26 il evdən bayıra çıxmadığından və bunun anasının qadağası üzündən olduğundan xəbər tutub.
"Andrey Malaxov. Canlı efir” verilişində anasının qəribə davranışına görə evə məhkum edilən 42 yaşlı Nadejda ilə danışa bilib. Onun çölə addımını qoymadan qapandığı bu mənzildə qaz, elektrik və su təchizatı yox imiş. Nadejdanın özü 12 ildir yuyunmadığını deyib.

Nadejda deyib ki, o pişik yeməyi ilə qidalanır. "Əvvəllər armud, gavalı, pirojnanı çox sevirdim", - bədbəxt qadın deyib. İndi o, quruyub turşuyan şeyləri yeməyə məcburdur. Anası qonşusunun ziyanxahlığından, təcavüz edəcəyindən qorxduğuna görə onun evdən çıxmasına qadağa qoyubmuş. Ana qızı üçün o qədər narahat imiş ki, onu xarici dünyadan tamamilə təcrid edirmiş. Ancaq qonşu inandırır ki, o, sadəcə zarafat edirmiş.

Nadejda etiraf edir ki, hələ də qonşusuna görə evdən çıxmaqdan qorxur. Ancaq yenə də normal bir həyata alışmaq lazımdır. Qohumlarını tapmağı və işlərində kömək etməsini xahiş edir. Təkcə pişiklərlə yaşadığı evi də özünün təmizləyəcəyini deyir.

Malaxovun studiyasında onun atası da iştirak edib. O deyib ki, anası Nadejdanın tərbiyəsinə görə bütün məsuliyyəti anası daşıyır, buna görə qızını götürüb özü ilə yaşatmaq fikrində deyil.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26