Interposta.Info

Haqsız yerə 24 il həbsdə qalan qardaşlara 4 milyon dollar təzminat veriləcək

Ölkə
 19-06-2020, 19:22     1 050

ABŞ-da yanlışlıqla 24 il həbsdə qaldıqları ortaya çıxan Erik Simmons və Kennez Makferson qardaşları 4 milyon dollara yaxın təzminat alacaq.

Bu barədə Merilend ştatının İctimai İşlər İdarəsi məlumat yayıb. Qardaşların hərəsinə 2025-ci ilə qədər hissə-hissə 1,9 milyon dollar ödəniş edilməsi qərarlaşdırılıb.

Simons və Makferson qardaşları 1995-ci ildə Şərqi Baltimorda Antoni Vuden cinayətini planlaşdırmaqda ittiham edilərək, ömürlük həbs cəzasına məhkum edilmişdilər. Lakin mənfəət güdməyən Innocence Project qurumunun araşdırmaları nəticəsində qardaşların cinayət saatında başqa yerdə olduqları sübuta yetirilib.

Həmçinin məlum olub ki, illər öncə polis əyalətdə yaşayan bir qadını kirayə haqqını ödəmək qarşılığında yalan ifadə verməyə razı salıb. Digər tərəfdən 13 yaşlı bir uşağa da yanlış ifadə verməsi barədə təzyiq göstərildiyi iddia edilib. Lakin uşaq məhkəmədə və ondan öncə ifadəsini dəyişib.

Qeyd edək ki, Simons və Makferson 2019-cu ildə azadlığa buraxılıb./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26