Interposta.Info

Elmdə inqilab: 3 min illik mumya danışdı

Ölkə
 24-01-2020, 14:22     446

İngiltərədə alimlər 3 min il öncə mumyalanan misirli rahibin səsini süni intellekt vasitəsilə bərpa ediblər.

E.ə. XXI əsrin əvvəllərində 11-ci Ramzesin fironluğu dövründə rahiblik etdiyi bildirilən Nesyamunun səsi üç ölçülü səsyazma cihazı ilə olduğu kimi kopyalanıb. Mumyalanmış bədənin yaxşı qorunduğuna diqqət çəkilən məqalədə səsin bərpasının sadəcə yumşaq toxumaların zərər görmədiyi təqdirdə mümkün olduğu qeyd olunur.

İlkin mərhələdə sadəcə e səsinə bənzər "eeuuughhh" kimi eşidilən səsi əldə etməyə nail olan alimlər gələcəkdə mumyanın səsi ilə tam cümlələr hazırlamağı düşünürlər.

Sözügedən araşdırma ölmüş birinin səsinin ilk dəfə bərpa edilməsi baxımından önəmli hesab edilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26