Interposta.Info

Dolmabaxça sarayında tarixi tapıntı – Osmanlının ilk təyyarələri haqda faktlar ortaya çıxdı

Ölkə
 23-01-2020, 14:46     276

Türkiyə Milli Saraylar İdarəsinə məxsus Dolmabaxça Sarayının Süfəra zalının 30 nömrəli otağında aparılan restavrasiya işi əsnasında divar suvağının altından 1917-ci ildə dərs olunmuş qəzet parçaları çıxıb.

Avropa.info xəbər verir ki, osmanlıca və fransızca yazılmış xəbərlərdə Osmanlının ilk təyyarələri olan “Osmanlı” və “Prens Cəlaləddin” təyyarələrinin 40 dəqiqəlik səfərlərini uğurla həyata keçirdiyi yazılıb. 1917-ci ilin 11 fevralında Beyrutdan Dəməşqə uçan “Prens Cəlaləddin” təyyarəsinin uçuşu problemsiz başa vurduğu bildirilir.

Divarın boya qatlarının altından çıxan kişi portreti də marağa səbəb olub.

Osmanlıcada yazılmış qəzet parçalarının Sultan V Mehmed Rəşad dövründə aparılan təmir zamanı istifadə olunduğu müəyyən edilib. Aşkar edilən yağlı boya ilə çəkilən portretin isə saray divar rəssamlarının tarix üçün qoyduğu bir xatirə olduğu düşünülür.

İnterPosta.info



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26