Interposta.Info

Müsəlman xanım nanotexnologiya sahəsində inqilab etdi

Ölkə
 7-08-2019, 09:32     10 495

Nano-texnoloq müsəlman xanım mükəmməl bir ixtira etmişdir. Onun tədqiqatlarının sayəsində bakterial əlaqəni izləmək mümkün olacaq.

Bu texnologiya bakteriyanın antibiotiklərə qarşı dayanıqlığını azaldaraq, bir çox xəstəliklərin ani müayinə edilməsinə imkan yaradacaq.

"Sınağımda istifadə etdiyim yeni texnologiya bakteriyaları yığmağa və 30 saniyə ərzində diaqnoz qoymağa imkan verir. Mən ümidvaram ki, bu, həkimlərin xəstələrə düzgün preparatları təyin etməkdə kömək edəcək", - deyə həkim Fatimə Əz-Zəhra Əl-Ətraktçi bildirmişdir.

İran və Liviya kökləri olan Fatimə Küveytdə doğulub. O, iki uşaq anasıdır. Fatimə 2018-ci ildə Danimarka Texniki Universitetinin fizika və nanotexnologiyası üzrə fəlsəfə doktoru sertifikatını almışdır./deyerler.org

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26