Interposta.Info

Prezident minifutbol üzrə milli komandamızın üzvlərini qəbul etdi

Manşet
 2-06-2025, 14:51     19 222

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 2-də Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib.

"İnterPosta" xəbər verir ki, məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.

Qeyd edək ki, Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının Milli Gimnastika Arenasında təşkil olunan final görüşündə Azərbaycan və Macarıstan yığmaları üz-üzə gəlib. Matç Azərbaycan yığmasının 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26