Bu şəxslərə təqaüd veriləcək - Prezident pul ayırdı

Gənc istedadlara xüsusi təqaüdlər verilməsi ilə bağlı Mədəniyyət Nazirliyinə pul ayrılıb.
"İnterPosta" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, adları "Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlərin verilməsi məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə 98794 (doxsan səkkiz min yeddi yüz doxsan dörd) manat məbləğində vəsait ayrılıb.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26