"Novruzda əfv olmayacaq, iclaslar davam edir" - Komissiya üzvü

Əfv Məsələləri Komissiyasının iclaslarının vaxtı uzadılıb.
"İnterPosta" xəbərəb verir ki, bu barədə Qaynarinfo-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.
O, iclasların may ayına kimi davam edəcəyini söyləyib:
"Komissiyanın iclasları hələ davam edir, müraciətlər hədsiz çoxdur. May ayı da daxil olmaqla komissiyanın iclasları davam edəcək".
Əliməmməd Nuriyev bu günə kimi yüzlərlə müraciətə baxıldığını xatırladıb.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26