Interposta.Info

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)

Manşet
 11-03-2025, 12:24     28 210

Azərbaycan Prezidenti İlham Əliyev və Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova martın 11-də mətbuata bəyanatlarla çıxış ediblər.

"İnterPosta" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

11.59

Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova ilə təkbətək görüşü olub.

"İnterPosta" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

11.16

Azərbaycanda rəsmi səfərdə olan Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın martın 11-də Bakıda rəsmi qarşılanma mərasimi olub.

"İnterPosta" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Şimali Makedoniya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanı qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Şimali Makedoniya Prezidentinə raport verdi.

Şimali Makedoniya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın qarşısından keçdi. Dövlət başçıları rəsmi foto çəkdirdilər.

Hazırda İlham Əliyevin Qordana Silyanovska-Davkova ilə təkbətək görüşü keçirilir.

İnterPosta.info







Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26