“Abşeron” Ticarət Mərkəzi mərkəzi yolun hərəkət zolağında tikinti aparır? - VİDEO

“Abşeron” Ticarət Mərkəzi mərkəzi yolun hərəkət zolağında tikinti aparır?
Lökbatan-Meyvəli istiqamətində ticarət mərkəzinin tikintisinin bir hissəsi yolun hərəkət zolağına daxil olub.
Gördüyünüz kadırlardanda açıq görünür ki, ticarət mərkəzi üçün nəzərdə tutulmuş avtomobil duracağı inşa edilir.
Yolun digər hissəsinə nisbətdə Qaradağ rayon Lökbatan qəsəbəsi-Meyvəli istiqamətində yolun hərəkət zolağını ən azı iki metir zəpt edilib.
Bu avtomobil yolundan gündəlik istifadə edən sürücülər media qurupumuza müraciət edərək bildirirlər ki, gələcəkdə yolun daralması ciddi tıxaclara səbəb olacaq.
Elə bu səbəbdəndə mövcud problemin qarşısının alınması məqsədi ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və Qaradağ rayon icra hakimiyyəti məsələyə operativ yanaşaraq, tikintini dərhal dayandırmalıdır.
Onuda xatırlatmaq istəyirik ki, bundan öncə iş adamları əhali üçün yol inşa etdirib, rəhmət qazanardı, amma nədənsə indi iş adamları, yol kəsib rəhmət qazanmaqdan yan keçirlər.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26