Interposta.Info

Rövşən Muradov seçicilərlə görüşdü - FOTO

Manşet
 10-02-2025, 17:46     14 909

Milli Məclisin deputatı Rövşən Muradov seçicilərlə görüşdü

"İnterPosta" məluamat verir ki, Milli Məclisin deputatı Rövşən Muradov Bakı şəhəri, Xətai rayonunda yerləşən Laçın rayonu 28 nömrəli tam orta məktəbdə Xətai rayonunda müvəqqəti məskunlaşmış laçınlı seçiciləri ilə növbəti görüşünü keçiribdir.

Görüşdə deputat seçiciləri maraqlandıran bir-sıra məsələlərə öz münasibətini bildirməklə yanaşı, eyni zamanda onların qaldırdıqları sosial-iqtisadi, mülki, mədəni-məişət, məşğulluq və təhsil problemləri ilə bağlı fikirlərini diqqətlə dinləmişdir. Eyni zamanda ümumi görüşdən sonra Rövşən müəllim bəzi sakinləri fərdi qaydada qəbul edib, onların şəxsi problemləri ilə də maraqlanmış və bəzi məsələlərin yerindəcə həll edilməsi ilə əlaqədar köməkçisinə müvafiq qeydlər aparmaqla tapşırıqlar verdi. Görüşdən sonra deputat 28 nömrəli məktəbin ibtidai siniflərindən birinin şagirləri ilə də söhbət edib onlarla xatirə foto şəkil də çəkdirdi.

İnterPosta.info





Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26