Tibetdə 7,1 bal gücündə zəlzələ: ölənlərin sayı 95-ə çatıb (YENİLƏNİB)

Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Rayonunda (TMR) baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 95 nəfərə çatıb.
Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, 130 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
09.48
Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Rayonunda (TMR) baş verən güclü zəlzələ nəticəsində 53 nəfər həlak olub, 62 nəfər yaralanıb.
08.48
Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Rayonunda (TMR) güclü zəlzələ nəticəsində ölənlərin sayı 36-ya çatıb, 38 nəfər yaralanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Xinhua” məlumat yayıb.
Daha əvvəl ABŞ Geoloji Xidməti Nepal sərhədində TMR-də 7,1 bal gücündə zəlzələnin baş verdiyini bildirmişdi. Zəlzələnin episentri təxminən 80 min əhalisi olan Şiqadze şəhərindən 163 km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
İnterPosta.info xəbər verir ki, bu barədə məlumatı Qaynarinfo "Xinhua” istinadən yayıb.
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26