Interposta.Info

Lənkəranın baş planına 700 min manatdan çox vəsait xərclənəcək

Manşet
 12-12-2024, 22:33     40 803

Lənkəran şəhərinin baş planı hazırlanacaq.

"İnterPosta" APA-ya istinadən xəbər verir ki, Azərbaycan Dövlət Şəhərsalma və Arxitertura Komitəsi bununla bağlı açıq tender keçirib. Tenderin qalibi Dövlət Baş Layihə Institutu "Azərdövlətlayihə" seçilib.

Qeyd edək ki, Lənkəran şəhərinin baş planının hazırlanması ilə bağlı "Azərdövlətlayihə"yə 705 min 391 manat ödəniləcək.

Xatırladaq ki, indiyə qədər Azərbaycanın 54 şəhərinin baş planı hazırlanıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26