Interposta.Info

POLKOVNİKİN ÖLÜMÜ: İş adamının oğlu azadlıqda qala bilərmi? - Vəkildən İLGİNC ŞƏRH

Manşet
 27-07-2017, 17:29     9 683

Əziz Qənbərov: “Tərəflərin barışması həmin cinayət işinin xitam olunması üçün əsas ola bilməzdi!”

Artıq xeylı müddətdir ki, mətbuatda “Safa Holdinq”in və “Xaliq Faiq oğlu” MMC-nin faktiki sahibi, Bakıda çoxsaylı marşrutları, obyektləri olan Faiq Seyidovun, onun oğlu Xaliq Seyidovun adı hallanmaqdadır. Seyidovların adı general, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini Novruzəli Orucovun oğlu Rüstəm Orucovun Faiq Seyidovun nəzarətində olan marşrut xətlərindən birində sürücü olan Sənan Səmədovu vurub xəstəxanalıq etməsindən sonra gündəmə gəlib. Novruzəli Orucovun mətbuata açıqlamasından belə məlum olur ki, oğlu sürücünü vursa da, əvvəlcə məsələ yoluna qoyulub, hətta tərəflər barışıblar. Sürücü şikayətini də geri götürüb. Lakin sonradan F.Seyidovun işə qarışdığı, hadisənin ictimailəşdirildiyi və general oğlunun həbs edildiyi bildirilir.


interposta.info xəbər verir ki, “AzPolitika.info”ya verilən məlumatda sonradan hadisənin ictimailəşdirilməsində, internetə sürücünün döyülməsi ilə bağlı videoların yüklənməsində “Xaliq Faiqoğlu” MMC-nin rəhbərliyinin, daha dəqiqi şirkətin faktiki sahibi Faiq Seyidovun böyük rolu olduğu iddia edilir. Məhz onun təşkilatçılığı ilə sürücü Sənan Səmədovun mətbuata da çıxıraq, bu məsələni ictimailəşdirdiyi bildirilir.

Məsələ geniş ictimiyyətin diqqət mərkəzinə gətirildikdən sonra isə daha da böyüyüb və generalın işdən çıxarılmasına səbəb olub. Mətbuatda bu haqda çeşidli yazılar dərc edilib. General oğlunun sürücüyə qarşı cinayətinin ictimailəşdirilməsinə, böyüməsinə yol açan Faiq Seyidov və oğlu da diqqət mərkəzinə gəliblər.

Məlum olub ki, Faiq Seyidovun oğlu Xaliq Seyidov general Novruzəli Orucovun oğlundan heç də geri qalmır. Belə ki, 2015-ci ildə Nəsimi rayonu ərazisində Az 10 LU 090 dövlət nömrə nişanlı “Land Rover” markalı avtomobillə Müdafiə Nazirlyinin baş zabiti, polkovnik Eldar Məmmədovu vurub. Polkovnik sonradan xəstəxanada dünyasını dəyişmişdi. Məlum olmuşdu ki, qəza zamanı sükan arxasında “Xaliq Faiqoğlu” şirkətinin faktiki sahibi Faiq Seyidovun oğlu Xaliq Seyidov olub. Fakt üzrə cinayət işi başlansa da, az sonra istintaqçılar “cinayət tərkibi olmadığından” işə xitam veriblər.

İddiara görə, heç qəza zamanı “Təhlükəsiz şəhər” kameralarından çıxarışlar faktla bağlı başlanan cinayət işinə əlavə olunmayıb. Bu da gələn yeni məlumatlardan biridir.

Mətbuatda bu məsələ haqda bəs deyincə yazılar yazılıb və bu günlərdə mərhum polkovnikin qardaşı Seyfəddin Məmmədov “Yeni Müsavat”a açıqlama verib. Deyib ki, qardaşının ölümündən dolayı başlanmış cinayət işinə qarşı tərəflər – Faiq Seyidovla barışdıqlarına, şikayətçi olmadıqlarına görə xitam veriblər.
S.Məmmədov mətbuat nümayəndələrini qardaşının ölümü haqda yazmamağa çağırıb:“Bizim Faiq müəllimdən şikayətimiz yoxdur, aramızda da narazılıq yoxdur. Çünki hadisədir ki, hər kəsin başına gələ bilər. Əgər qəsd söhbəti olsaydı, mən özüm mətbuat nümayəndələrini axtarıb tapardım. Xahiş edərdim ki, durmadan bu haqda yazsınlar. Hadisə oldu, biz də qəsd olmadığına görə şikayət etmədik, cinayət işinə də xitam verdilər. Hadisə başqa cür olsaydı, gəlib jurnalistlərdən xahiş edərdik ki, yazın, dəstək olun, gücümüz çatmır. Bu jurnalistlərin işidir. Başa düşürük, bilirik ki, jurnalistin işi yazmaqdır. Jurnalistlərin işi çox vacib işdir. Ona görə də xahiş edirəm ki, bu məsələyə ayırdıqları diqqət kifayətdir”.

Mərhum polkovnikin yaxınlarına başsağlığı veririk. Ancaq sual olunur, ortada ölüm faktı olduğu halda, ailəsi şikayətçi olmadığına görə işə xitam verilə bilərmi?

Bu sualın cavabına kecməzdən öncə qeyd edək ki, Faiq Seyidovun həm də başqa bir məsələilə bağlı mətbuatın gündəminə gəlib. Həbsdə olan iş adamı Azadxan Xanməmmədovun ailəsi və vəkili ona qarşı bir sıra cidi ittihamlar irəli sürüb. Onlar Faiq Seyidovun iş adamı Azadxan Xanməmmədovun xüsusi mülkiyyətində olan 2100 kvadrat metr sahəni 5 il əvvəl icarəyə götürüb, pulunu ödəməməkdə ittiham ediblər.Və sonradan A.Xanməmmədov şərlədərək həbs etdiriməkdə, azadlığa çıxmasını təmin etmək üçün isə obyektlərini onun adına keçirməyi tələb etdiyini iddia ediblər. Bununla bağlı mətbuat kinfransı keçirərək Prezident İlham Əliyevə və I Vites-prezident Mehriban xanım Əliyevaya müraciət ediblər.

Qeyd edək ki, Azadxan Xanməmmədovla bağlı hadisə mülki iş olsa da, işa damı həbs olunub. Buna görə də ailəsi və vəkili həbsin sifarişli olduğunu, işin arxasında Faiq Seyidovun iş adamı Azadxan Xanməmmədovun xüsusi mülkiyyətində olan obyektləri ələ keçirmək niyyətinin dayandığını iddia edirlər.

Yəni, son 2 ayda F.Seyidovun adı mərkəzi fiqur kimi keçən 2 işdə 2 şəxs Azadxan Xanməmmədov və general Novruzəli Orucovun oğlu həbs olunub. Ancaq Faiq Seyidovun oğlunun törətdiyi qəza ölümlə nəticələnsə də, Xaliq Seyidovu həbs etməyiblər.
Buna görə də, Azadxan Xanməmmədovun ailə üzvləri hüquq mühafizə orqanlarının rəhbərlərinə ünvanladıqları müraciətdə də sual edirlər: “Necə ola bilər ki, Faiq Seyidova qarşı törədildiyi iddia olunan əməl ictimai təhlükəli hesab olunur, ortada ölüm, kimsənin ağır xəsarət alması faktı olmaya-olmaya Azadxan Xanməmmədova münasibətdə isə belə bir anormal nəticəyə gəlinir?

Amma Faiq Seyidovun oğlu konkret insanın həyatına son qoyur və fakta görə başlanmış cinayət işi qısa bir zamanda xitam olunur?! Bu ki, absurddur!”

Həqiqətən də, bir hərbçini yetişdirmək üçün 20-30 il vaxt lazımdır.
Necə olur ki, Müdafiə Nazirliyinin polkovnik rütbəli bir zabiti barıt iyi qoxulamamış bir yeniyetmənin maşının təkərləri altında qalır və heç bir tədbir görülmür? İşə xitam verəın huquq-mühafizə orqanlarının əməkdaşları, ədalətin keşiyində dayanmalı olan vəzifə sahibləri bunu nə ilə izah edirlər? Görəsən, bu işə xitam verənlər və ya Faiq Seyidovun özü həmin şəxslərin yerində olsaydı, hadisəyə “qəza” deyib, keçərdilərmi? Bağışlayardılarmı hadisənin səbəbkarını?
General Novruzəli Orucovun oğlunun sürücünü vurmasını bağılamadıqlarından, bu sualların cavabı məlumdur.

Qeyd edək ki, “Xaliq Faiqoğlu” şirkətinin baş direktorunun müşaviri Zamiq Şükürov mətbuata açıqlamasında bildirib ki, hadisə 2014-cü ildə baş verib. Vurulan şəxs isə hadisə vaxtı deyil, 5 gün sonra xəstəxanada rəhmətə gedib: ”Hətta maşınla vurulan hərbçinin müalicə xərcləri üçün Faiq müəllim Türkiyə ilə danışıq aparmışdı. Lakin zərərçəkmişin ailəsi bununla razılaşmadı və Müdafiə Nazirliyinin Hərbi Hospitalında müalicə olunmasını lazım bildi. Vurulan zabit bud nahiyəsindən xəsarət almışdı və cərrahi əməliyyat edilmişdi. Onun qəzada aldığı xəsarətlər ölümcül olmayıb. Heç reanimasiyaya da yerləşdirilməyib, palata qalıb. Ailəsi heç o vaxt Mərkəzi Klinikaya da yerləşdirilməsini istəmədi. Bildirdilər ki, hospitalda müalicə alsın və xəstəliyi ilə əlaqədar da təqaüdə çıxsın. Hadisədə cinayət tərkibi olmayıb və işə xitam verilib” – Z.Şükürov qeyd edib.

Ancaq hadisə baş verən vaxt zabitin ölümü ilə bağlı mətbuatda da məlumat dərc olunub. Həmin vaxt APA-nın yaydığı məlumatda bildirilirdi ki, Müdafiə Nazirliyinin zabiti, polkovnik-leytenant Eldar Vəli oğlu Məmmədov aldığı xəsarətlərdən müalicə aldığı hərbi hospitalda vəfat edib: “Qeyd edək ki, məlum hadisə mayın 18-də 3-cü mikrorayon dairəsində qeydə alınıb. “Mercedes” markalı maşın yolu keçmək istəyən piyada, Müdafiə Nazirliyinin zabiti polkovnik-leytenant Eldar Vəli oğlu Məmmədovu vurub. Piyada ağır vəziyyətdə hospitala yerləşdirilib.”(https://musavat.com/ news/son-xeber/Masinla-vurulan-polkovnik-leytenant-oldu_196725.html) .

Sual olunur, əgər mərhum xəstəliyi ilə əlaqədar dünyasını dəyişmişdisə, niyə ilkin məlumatda “Eldar Vəli oğlu Məmmədovun məhz aldığı xəsarətlərdən müalicə aldığı hərbi hospitalda vəfat etdiyi” bildirilirdi?
Ancaq məsələnin yalnız mənəvi deyil, həm də hüquqi tərəfi var.
Bu məsələdə qanun nə deyir? Barışıq cinayət işinin xitam olunması üçün əsas ola bilərmi?

Bunula bağlı açıqlama verən vəkil Əziz Qənbərov deyir ki, mətbuatdan bu mövzu haqda yazılanlarla tanışdır:
“Faiq Seyidovun oğlunun törətdiyi qəza Cinayət Məcəlləsinin 263-cü maddənin 2-ci bəndinin təsiri altına düşür. Yəni ictimai ittiham qaydasındadır. Həmin maddənin sanksiyasında az ağır cinayət hesab olunur və tərəflərin barışması həmin cinayət işinin xitam olunması üçün əsas ola bilməzdi!”.

Vəkil deyir ki, Cinayət Məcəlləsin özündə də dünyasını dəyişmiş şəxsin yerinə onun qəyumu, yaxını, hüquqi nümayəndəsi və ya varisinin bağışlamaq hüququ nəzərdə tutulmur. Belədə cinayət işinə xitam verilməsinin səbəbi qaranlıq qalır. /azpolitika.info/

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26