Interposta.Info

2 il əvvəl prezidentin açdığı park dağıdıldı -

Manşet
 11-02-2017, 11:37     733

2 il əvvəl prezidentin açdığı park dağıdıldı -

Xətai rayonu ərazisində 2 il öncə yaradılan fəvvarələr və şəlalələr kompleksi dağıdılır.

interposta.info BakiPost.az-a istinadən xəbər verir ki, bu barədə Azadlıq radiosu məlumat yayıb. Məlumata görə, kompleksin ətrafı bağlanıb və əraziyə ağır texnika yeridilib.


Dağıdılan kompleksin bir neçə yüz metrliyində yerləşən Xətai rayon İcra Hakimiyyətindən məsələ ilə bağlı heç bir açıqlama verilməyib.

İcra hakimiyyətinin ərazi idarəetmə şöbəsinin müdiri Etibar Əhmədov orada nə baş verdiyindən xəbərsiz olduğunu söyləyib. Hətta təsərrüfat şöbəsinin müdiri Hüseyn Abbasov da parkın sökülməsindən xəbəri olmadığını bildirib.
2 il əvvəl prezidentin açdığı park dağıdıldı -


Bakı şəhər İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Xalid Ələkbərovun sözlərinə görəsə, həmin ərazidə yol genişləndirilir, aparılan işlər də bununla bağlıdır: "Təzə layihəyə görə, orada yol genişləndirilir. Yol genişləndiriləcək, yeraltı keçid salınacaq. O işlərlə ‘Azəravtoyol’ məşğul olur".

"Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətindən bildirdilər ki, Yusif Səfərov küçəsində yenidənqurma işləri aparılır. Küçənin 28 may və Üzeyir Hacıbəyli küçələri ilə kəsişməsinədək olan hissəsində söküntü işləri aparılır. Bu da həmin hissədə yolun hər iki istiqamət üzrə 3 hərəkət zolağından 6 hərəkət zolağına qədər genişləndirilməsi planıyla bağlıdır: "Genişləndirmə işləri sözügedən ərazidə sıxlığın azalmasına gətirib çıxaracaq".

İqtisadçı ekspert Natiq Cəfərli baş verənləri "israfçılıq” adlandırıb. Onun fikrincə, şəhərin planlaşdırılması öncədən aparılsaydı, bu cür israfçılığa da yol verilməzdi: "Bu, ilk deyil, yəqin ki, son da olmayacaq. Bakıda belə şeylər çox olub. Hətta binalara üzlük vurulub, sonradan sökülüb. Bu, şəhərin planlaşdırılmasının və şəhərsalmanın düzənli aparılmamasının nəticəsidir. Bu da əlavə büdcə xərclərini artırır. Azərbaycanda dövlət xərcləmələrinin şişirdildiyi də heç kimə sirr deyil. Dəqiq məlumat verilməsə də, söhbət vaxtilə həmin kompleksə xərclənmiş milyonlardan, bir neçə milyon dövlət büdcəsi vəsaitindən gedir. Bakıdakı təcrübəni nəzərə alsaq, çox güman ki, söhbət milyonlardan gedir. Çünki parkların avadanlıqlarının böyük hissəsi xaricdən alınırdı. Xaricdən gətirilən avadanlıqlara da külli miqdarda vəsait xərclənir. İndi yolun genişləndirilməsi məsələsi ortalığa çıxıbsa, bu o deməkdir ki, ora sərf olunan vəsait də, sadəcə, dağıdılıb göyə sovruldu".
2 il əvvəl prezidentin açdığı park dağıdıldı -


Məlumat üçün bildirək ki, sözügedən kompeks 2015-ci ilin fevral ayının 4-də istifadəyə verilib. Açılışda prezident İlham Əliyev də iştirak edib. Ölkə başçısına məlumat verilib ki, uzunluğu 150 metr olan kompleks ən müasir tələblər səviyyəsində qurulub. Fəvvarələr və şəlalələr kompleksinin altında müasir texniki infrastruktur və idarəetmə mərkəzi yaradılıb. Fəvvarələrə müxtəlif rəngli 700-dən artıq işıq effekti quraşdırılıb.https://bakipost.az/2-il-evvel-prezidentin-acdii-park-daidildi-fotolar/?utm_campaign=Musavat&utm_medium=organic&utm_source=Musavat

interposta.info


2 il əvvəl prezidentin açdığı park dağıdıldı -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26