Interposta.Info

Ramiz Mehdiyevə daha bir zərbə… – Kürəkəninin torpaq sahələri əlindən alındı

Paradoks
 7-08-2020, 19:08     1 387

Şabran Rayon Məhkəməsi Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin torpaq sahələrinin əlindən alınmasına dair qətnamə çıxarıb.

Məlumata görə, İlham Əliyev bu rayondan deputat seçilən zaman qanunsuz yollarla ayrı-ayrı yerli sakinlərə məxsus torpaq sahələrini ələ keçirib.

Ramiz Mehdiyevin “vurulmasından” sonra rayon sakinləri öz əmlak davalarını məhkəməyə daşıyıb.

Dünən keçirilən prosesdə İlham Əliyevə məxsus 55 hektar əkinə yararlı torpaq ondan alınaraq, əvvəlki sahiblərinə qaytarılıb.

Qeyd edək ki, bu torpaq sahələrini İlham Əliyevə məxsus olan “Turaz” və “Dostluq” MMC ələ keçirib./gununsesi.org

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26