Interposta.Info

Binəqədi rayon İcra Hakimiyyətindən açıqlama: Vətəndaşın iddiyasına cavab vermişik

Müxtəlif / Paradoks
 22-04-2020, 16:53     649

Əmirov Arif Nüsrədtin oğlunun "İnterPosta.info"nun media qurupunun youtube.com sosial şəbəkə kanalı olan “Media TV” vasitəsilə yayımlanan, Binəqədi rayonu, 8-ci mkr ərazisində qardaşına aid olan və qanunsuz şəkildə həmin sahədə “Murad-M.S” MMC tərəfindən tikinti işlərinin aparılması ilə bağlı müraciəti Binəqədi rayonu İcra Hakimiyyəti tərəfindən araşdırılıb.

"İnterPosta" Binəqədi rayonu İcra Hakimiyyətinin açıqlamasın təqdim edirik:

Məlumat üçün bildiririk ki, H.Hüseynov küçəsi, ev 11A, mənzil 31 ünvanda yaşayan vətəndaş Əmirov Arif Nüsrədtin oğlunun mərhum qardaşının adına olmuş 273 saylı 10.11.2004-cü il tarixli Binəqədi Rayon Bələdiyyəsinin qərarına əsasən 1485 kv.m torpaq sahəsində “Murad-M.S” MMC tərəfindən tikinti işlərinin aparılmasının qarşısının alınması barədə coxsaylı müraciətlər əsasında hər iki tərəfin iştirakı ilə dəfələrlə araşdırmalar aparılmışdır.
Aparılmış araşdırmalar zamanı Bakı Şəhər İcra hakimiyyətinin 27.03.2013-cü il tarixli 100 saylı Sərəncamı ilə sözügedən 17 mərtəbəli, 1 girişli yaşayış binasının tikintisinə razılıq verdiyi məlum olmuşdur.
Qeyd olunanlardan başqa Arif Əmirovun və digər iddiaçıların Bakı Şəhər İcra Hakimiyyəti başçısının 27.03.2013-cü il tarixli 100 saylı Sərəncamına əsasən yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsinin, 032 saylı 06.12.2013-cü il tarixli tikinti işlərinin başlanması üçün Xüsusi Nişan verilməsinə dair hərəkətlərin qanunsuz hesab edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət olunmuş və Məhkəmə tərəfindən vətəndaşın iddia tələbləri rədd edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli qərarı ilə “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları” təsdiq edilmişdir. Bundan əlavə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən “Murad-M.S” MMC “Tikintilərin Dövlət Reyestri Tikinti obyektlərinə verilən koda dair Şəhadətnamə” verilmişdir.
Bundan başqa Arif Əmirovun mərhum qardaşı Oktay Əmirovun əsas vərəsəsi həyat yoldaşı Əmirova Lətafət Akif qızı Binəqədi Rayon İcra Hakimiyyətinə məktubla müraciət edərək ərinin sağlığında “Murad-M.S” MMC ilə onlara məxsus torpaq sahəsində hündürmərtəbəli binanın tikintisi ilə əlaqədar olaraq tam razılıq əldə olunduğunu və onlara aid olan payların tam ödənildiyini bildirmişdir.
Deyilən faktlara əsaslanaraq, Vətəndaş- Əmirov Arif Nusreddin ogluna dəfələrlə iddia etdiyi məsələnin rayon icra hakimiyyəti səlahiyyətlərinə aid olmadigi, sözügedən tikinti şirkətinin torpaq mülkiyyətçisinin əsas vərəsəsi olan həyat yoldaşı ilə razilıq əldə etdiyi, artıq məhkəmə orqanları tərəfindən qərar qəbul olunduğu və qərarların qanuni qüvvəsini aldığı barədə müvafiq izahat verilmişdir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26