Interposta.Info

Koronavirusu yayan həqiqətənmi 5G stansiyalarıdır?

Müxtəlif / Paradoks / Ölkə
 8-04-2020, 15:29     1 941

Koronavirusun ortaya çıxdığı gündən bəri konspirasiya nəzəriyyələri ortaya atılır. Bunlardan biri də 5G texnologiyalarının koronavirusun yayılmasına səbəb olması ilə bağlı iddialardır. Bəziləri bu iddiaları nə qədər gelenc hesab etsələr də, xüsusən ingilislər bu məsələdə bir az ciddi görünürlər.

"İnterPosta" xəbər verir ki, ötən həftə sözügedən iddiaların sosial şəbəkələrdə yayılmasının ardından bir qrup naməlum ölkədə bəzi 5G antenalarını yandırıb. Ortaya çıxan bu mənzərə Böyük Britaniyada anarxiyanın genişlənəcəyini və daha sərt nəticələrin gündəmi məşğul edəcəyi ilə bağlı iddiaları gücləndirir.

Alimlər epidemiya ilə 5G arasında heç bir əlaqənin olmadığını deyir. Ancaq yenə də bir qrup tədqiqatçı bunun mümkün olduğunu iddia edir.

Bildiyiniz kimi 5G Çin tərəfindən hazırlanan texnologiyadır. Konspirasiyaçıların iddialarını gücləndirən ən başlıca məsələ bu texnologiyanın ilk dəfə Çinin Uhan şəhərində sınaqdan çıxarılmasıdır. Lakin epidemiyanın geniş yayıldığı İran və Yaponiyada isə hələlik bu texnologiyadan istifadə edilmir. Bu da iddiaların əsassız olduğunu göstərir. Həmçinin sadəcə bu ölkələr deyil, 5G şəbəkəsindən istifadə etməyən bölgələrdə də virus böyük sürətlə yayılmaqdadır.

Bütün bunlara baxmayaraq konspirasiya nəzəriyyəçilərinin ortaya atdığı bu iddiaya bəzi tibb bacıları və səhiyyə işçiləri də qatılıb. Böyük Britaniyanın Ofcom və Uckfield FM radio stansiyaları ekspertlər vasitəsilə açıqlama yayıb. 5G stansiyaların pandemiyanın əhatə dairəsini genişləndirəcəyi ifadə edilib.

Qeyd edək ki, ABŞ əvvəldən Çinin Böyük Britaniyada bu texnologiyanı qurmasına qarşı çıxıb. Rəsmi vaşinqton bunu informasiya təhlükəsizliyinə xələl gəlməsi və gələcəkdə Qərbin Çindən asılı vəziyyətdə düşə biləcəyi ilə əlaqələndirib. Hətta bu məsələ ilə bağlı iki ölkə arasında münasibətlərdə də soyuqluq müşahidə edilib. Lakin Vaşinqtonun təzyiqləri rəsmi Londonu fikrindən daşındırmayıb.

Xatırladaq ki, virus ortaya çıxanda da fərqli fərziyyələr irəli sürülmüşdü. Əvvəlcə koronavirusun insanlara yarasanda, daha sonra panqolin adlı heyvandan keçdiyi iddia olunmuşdu. ABŞ prezidenti Donald Tramp isə çıxışlarında dəfələrlə bu virusun adının Çin qripi adlandırılmalı olduğunu ifadə etmişdi. Rəsmi Pekin Ağ ev rəhbərinin bu açıqlamalarına etiraz etmiş və Trampın bu yolla Çini manipulyasiya etməyə çalışdığı ifadə edilmişdi.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26