Interposta.Info

Mikayıl Cabbarov Bakıda Ermənistan nazir müavininin replikasına cavab verdi

Paradoks
 6-12-2019, 13:48     457

İqtisadiyyat naziri Mikayıl Cabbarov Ermənistanın ərazi idarəçiliyi və infrastruktur nazirinin müavini Armen Simonyanın bu gün Bakıda Avropa-Qafqaz-Asiya dəhlizinin (TRACECA) inkişafı üzrə Əsas Çoxtərəfli Sazişin imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfransda və TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin XIV iclasında "Fəxri Xiyabana səfər nəyə görə proqrama salınmalıdır” sözlərinə cavab verib.

"İnterPosta.info" Report-a istinadən məlumatına görə, azərbaycanlı nazir erməni tərəfinin reaksiyasını başa düşdüyünü deyib:

"TRACECA-nın məzmunu aydındır. Həmkarlarım dəhlizlə bağlı geniş çıxış etdilər. Mən öz tərəfimdən mədəni hissəni təşkil etdiyinə görə qonşularımızın reaksiyasını yaxşı anlayıram. Anlamaq və qəbul etmək onlar üçün asan deyil. Biz konstruktiv yanaşmadan istifadə etməliyik, destruktiv deyil. Nəticələr ilk növbədə qonşu ölkədə görülür.

Onlar nəqliyyat sahəsində bir sıra beynəlxalq layihərdən kənar qalıb. Burda TRACECA-nın mövcudluğu sərgiləndi, Azərbaycan mədəni proqramı qəbul etdiyi zaman o insanların xatirəsinə hörmət edirik ki, bu regionda mühüm rol oynayıb.

Sizin paytaxtınızda isə, - faşizm üzərində qələbənin 75 illiyi yaxınlaşır və siz kimə abidə qoymusunuz? Mən sizi Heydər Əliyev Mərkəzinə dəvət edirəm ki, gəlin yaşadığınız şəhərin, İrəvan xanlığının tarixi ilə bağlı məlumat əldə edin. TRACECA-nın karvanı isə öz yoluna davam edəcək”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26