Interposta.Info

İlham Əliyevdən yeni təyinat

Paradoks
 20-09-2019, 20:06     10 643

Prezident İlham Əliyev Mehriban İmanovanın Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

"İnterPosta.info" xəbər verir ki, sərəncamla Mehriban Natiq qızı İmanova Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilib.

Qeyd edək ki, M.İmanova Bakı Dövlət Universitetinin (BDU) dosenti, riyaziyyat üzrə fəlsəfə doktorudur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26