Interposta.Info

Futbol oynamaqla karantin rejimini pozan şəxslər cərimələnib

Ölkə
 20-04-2020, 11:18     383

Futbol oynadılar, karantini pozdular.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "İnterPosta"ya verilən məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmətdə olan zaman Şirvanlı kəndində bir qrup şəxsin karantin rejimi qaydalarını pozaraq futbol oynadıqlarını müəyyən ediblər.

Həmin şəxslər barəsində Polis Şöbəsinin əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26