Interposta.Info

İrandan gələn daha iki vətəndaşımızda koronavirus aşkarlanıb

Müxtəlif / Manşet / Ölkə
 29-02-2020, 17:25     409

İranda gələn iki Azərbaycan vətəndaşında koronavirus xəstəliyinin əlamətləri müşahidə edilib
Nazirlər Kabinetindən verilən məlumata görə, müvafiq qaydalara uyğun olaraq həmin şəxslər xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Aparılmış müayinələr nəticəsində onlarda koronavirusa yoluxma faktı qeydə alınıb.

Hazırda pasiyentlərin müalicəsi aparılır, onların vəziyyəti sabitdir.

Digər yoluxma hallarının aşkarlanması ilə bağlı həmin xəstələrin kontaktlarının müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər görülür./apa

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26