Interposta.Info

Abşeronda keçmiş arvadının boğazını kəsən şəxsə yeni ittiham irəli sürülüb

Ölkə
 28-01-2020, 11:11     450

Abşeronda keçmiş arvadının boğazını kəsən şəxsə yeni ittiham irəli sürülüb.

“Report”un xəbərinə görə, hadisə yanvarın 20-də, rayonun Xırdalan şəhəri ərazsində qeydə alınıb.

Belə ki, Nahid Bayramov aralarında yaranmış mübahisə zəminində keçmiş həyat yoldaşı Gülgəz Əliyevanın bıçaqla boğaz nahiyəsini kəsib. Xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olub.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində (RPİ) Cinayət Məcəlləsinin (CM) 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Şübhəli şəxs qismində saxlanılan N.Bayramovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Yanvarın 23-də isə cinayət işi CM-nin 126.1-ci maddəsindən həmin Məcəllənin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edilib.

Cinayət işinin istintaqı aidiyyəti üzər Abşeron rayon Prokurorluğuna göndərilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26