Interposta.Info

Rusiyada xuliqanlıq edən azərbaycanlı təyyarədən belə endirilib – VİDEO

Ölkə
 6-11-2019, 14:56     10 418

Martın 11-də Orenburq-Moskva təyyarəsində xuliqanlıq edən 37 yaşlı azərbaycanlının saxlanılma anının videosu yayılıb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, ətrafdakılara qarşı aqressiv davrandığı üçün təyyarənin pilotu dayanacağa qayıtmaq qərarına gəlib. Polis azərbaycanlını laynerdən endirməyə çalışarkən onun müqaviməti ilə üzləşib. O, qışqıraraq təyyarə biletinə pul verdiyini və polisdən həmin məbləği qaytarmalarını istəyib. Bu isə digər sərnişinlərin gülüşünə səbəb olub.

Qeyd edək ki, azərbaycanlıya 2 il 1 ay həbs cəzası verilib. O, cəzasını ümumirejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26