Interposta.Info

Azərbaycanlı “qanuni oğrular” Rusiyada birləşdi -

Ölkə
 11-01-2017, 07:26     896

Azərbaycanlı “qanuni oğrular” Rusiyada birləşdi -

Moskvada azərbaycanlı kriminal qruplaşmanın vahid və mütəşəkkil klanı əmələ gəlib.

interposta.info xəbər verir ki, bu barədə “Prestupnaya Rossiya”nın hazırladığı məqalədə deyilir. Sözügedən klanda azərbaycanlı tanınmış qanuni oğrular - Nadir Səlifov (Lotu Quli), Vaqif Süleymanov (Vaqif Bakinski) və Rəşad İsmayılov (Rəşad Gəncinski) birləşiblər.

Məqalədə yazılır ki, bu klan hələ sağlığında Rövşən Lənkəranskiylə mübarizə aparırdı. Rövşənin ölümündən sonra isə onlar Moskvada vaxtilə onun təsir dairəsində olan obyektləri öz əllərinə keçiriblər. Məqalədə deyilir: “Bu triumvirat hələ uzun müddət mövcud olacaq. Amma söhbət ondan gedir ki, “Lotu Quli” azadlığa çıxandan sonra birliyin dağılma ehtimalı böyükdür. Bunu Vaqif və Rəşad da gözəl başa düşür. Ona görə də azərbaycanlı kriminal qruplaşmalar arasında yeni müharibənin başlayacağı da istisna deyil”.
Yazıda bildirilir ki, bu klandan başqa “Zayka” ləqəbli Zaur Əliyevin qardaşı Əli Əliyevin daxil olduğu digər qruplaşma da son vaxtlar aktivləşməyə başlayıb. “Bundan başqa, “Lotu Quli”nin qəddar düşməni Əli Heydərovu (Albert Rıjiy) da unutmaq lazım deyil”, deyə sayt yazır. (criminal.az)

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26