Interposta.Info

Prezident AAYDA-ya 1,5 milyon manat ayırdı (SƏRƏNCAM)

İqtisadiyyat / Manşet
 1-05-2025, 14:12     40 667

Azərbaycan Prezidenti İlham Əliyev Qusar rayonunun Quxuroba–Hiloba–Yasaoba–Əniqoba–Aşağı İmamqulukənd–Şirvanlı avtomobil yolunun əsaslı təmiri ilə bağlı ilkin maliyyə vəsaitinin ayrılması üçün Sərəncam imzalayıb.

İnterPosta.info məlumatına görə, altı yaşayış məntəqəsini birləşdirən yolun təmiri üçün ilkin olaraq 1,5 milyon manat ayrılması nəzərdə tutulub.

Qeyd olunub ki, vəsait Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılacaq.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26