Interposta.Info

Dövlət Xidməti türk iş adamını cərimələdi - Məhkəməyə müraciət etdi

İqtisadiyyat
 19-09-2024, 20:08     49 791

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) İdarə Heyətinin sədr müavini Lokman Biter cərimələnib.

Qaynarinfo xəbər verir ki, Dövlət Əmək Müfəttişliyi Xidməti Lokman Biterə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimə yazıb.

Bu maddə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlıdır.

Maddədə inzibati cəza növü kimi fiziki şəxslərin 1000 manatdan 2000 manatadək, vəzifəli şəxslərin 3000 manatdan 5000 manatadək, hüquqi şəxslərin isə 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

Lokman Biter dövlət qurmunun qərarı ilə razılaşmayaraq məhkəməyə şikayət verib. Onun şikayətinə Nizami Rayon Məhkəməsində baxılacaq. Nəriman Mehdiyev iş üzrə hakim təyin edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26