Interposta.Info

Deputat: "Əhalinin 80 faizi nənəsinin babasının pensiyasını gözləyir"

İqtisadiyyat / Manşet
 14-11-2023, 21:41     24 600


Əhalinin 80 faizi nənəsinin babasının pensiyasını gözləyir.

Qaynarinfo xəbər verir ki, bunu paralamentin bu gün keçrilən iclasında deputat Tahir Kərimli deyib.

Deputat qeyd edib ki məmurlar və deputatlar insanlardan qaçır:

"Özümü də bura qatıram. Hökumət üzvlərimiz, deputatlarımız gedirik insanlarla görüşlər keçiririk, onları qəbul edirik və tez də qayıdırıq. Niyə? Çünki özümüzü qoruyuruq. Hər birimizin içində pisliklə, zalımlıqla bərabər, yaxşılıq, mərhəmət hissi də var. Qorxuruq ki, qabağımızda o camaat  ki, var - cavanları xaricə qaçıb, özləri zəzlil vəziyyətində. Əhalinin 80 faizi ancaq nənəsinin, babasının pensiyalarını gözləyir, iş yerləri yoxdur, xəstəsini müalicə etdirə bilmir, qızını ərə verə bilmir, oğlunu evləndirə bilmir, yaxşı iş tapmır. Onların ağrısını ürəyimizdən keçirək. Bir çoxlarımız, valideynlərimiz, ailələrimiz vaxtilə bu şəraitdə yaşamışıq. Biz özümüzü qoruyuruq, bəs xalqımız? İstəyirəm ki, bu məsələlər sürətlə həll olunsun. Şəhid ailələri, qazilərimiz və veteranlarımız üçün ayrıca komitə yaratmaq lazımdır ki, onların dərdi-səri ilə məşğul olsun." -deyə deputat vurğulayıb.


İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26